20 Noyabr 2017, Bazar ertəsi - 06:12

Ferrari komandası adından Marlboro brendini götürüb

Ferrari komandası adından Marlboro brendini götürüb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:38 - 17 İyul, 2011

Biz avropalı hüquqşünasların Ferrari komandasının Marlboro brendi ilə müqaviləsini artırmasından narazılığı barədə artıq yazmışdıq. O zaman komanda rəsmi cavabında bildirmişdi […]

Biz avropalı hüquqşünasların Ferrari komandasının Marlboro brendi ilə müqaviləsini artırmasından narazılığı barədə artıq yazmışdıq. O zaman komanda rəsmi cavabında bildirmişdi ki, bu əməkdaşlıq heç bir qanunu pozmur, amma bu gün FİA-nın rəsmi protokollarında tütün brendinin adı yoxa çıxıb – komandanın adı sadəcə Scuderia Ferrari yazılıb.

Eyni yazı komandanın boksları üzərində də asılıb – Silverstounda Marlboro brendini heç harda görmək mümkün deyil, amma komanda hələlik rəsmi bəyanat yaymayıb.

Ferrari-nin nümayəndəsi britaniyalı jurnalist Adam Kuperə bildirib ki, “bu bizim qərarımızdır, biz artıq Avropanın bütün ölkələrində tələb olunan bütün tələblərə cavab veririk.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 121
Teqlər
Paylaş

logo