22 Oktyabr 2017, Bazar - 01:27

Ferrari ənənəyə sadiqdir: yenə də hamıdan çox qazanacaq

Ferrari ənənəyə sadiqdir: yenə də hamıdan çox qazanacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:15 - 08 May, 2017

Ferrari keçən ili Mühəndislər Kubokunda 3-cü yerdə başa vurmuşdu, amma buna baxmayaraq, Maranellonu təmsil edən komanda çempionatın təşkilatçılarından ən böyük gəlir əldə edəcək.

Hər il yeni mövsümün startında Formula1-in menecmentində gələcək gəlirlər proqnozlaşdırılır – çempionatın gəlirləri üç mənbədən formalaşır: yarışların promouterlərindən ödəmələr, yayım hüquqlarından əldə edilən gəlirlər və digər gəlirlər, buraya trasın kənarındakı reklam bannerləri, işgüzar tərəfdaşlar və paddok-klub daxildir. FOM-un 2016-cı ildə vəsait dövriyyəsi 1.83 milyard dollar olub ki, bunun  1.38 milyard dolları təmiz mənfəətdir. Bu məbləğin təxminən 68%-i komandalara ödəniləcək.

Deməli, çempionat iştirakçılarına 940 milyon dollar ödəniləcək, bu məbləğ əvvəlki mövsümlə müqayisədə 3.5% azdır. Azalmanın səbəbi isə Liberty Media şirkətinin idmanı aslmasından sonra marketinq xərclərinin artması və mövsümdəki yarışların sayının 21-dən 20-ə düşməsidir.

F-1.az xatırladır ki, komandalara ödəmələr aprel ayından başlayaraq 9 ay ərzində hər ayın ilk iş günündə həyata keçirilir. Hər bir çempionat iştirakçısı üçün ödəniləcək məbləğ bir neçə faktordan asılıdır – son mövsümlərdə göstədiyi nəticələr, əvvəl qazandığı uğurlar və xüsusi razılaşmalar.

Aşağıdakı cəvəldə gəlirin komandalar arasında bölüşdürülməsi göstərilib (milyon dollarla, asanlıq üçün məbləğlər yuvarlaq göstərilib):

KomandaMaddə1Maddə2CəmiDaimiTarixDigərYekun 2016 ±MK-da yeri
Ferrari3641 (13%)776835180– 9%3
Mercedes AMG3661 (19%)9739351711
Red Bull3652 (16%)883935161+ 12%2
McLaren3631 (9%)673097+ 18%6
Williams3633 (10%)69 1079– 9%5
Force İndia3636 (11%)7272+ 7%4
Toro Rosso3623 (7%)5959+ 3%7
Renault3616 (5%)5252– 19%9
Sauber3613 (4%)4949– 10%10
Haas19 (6%)19198
Cəmi324.5324.56496814380940 965 (-3.5%)

 

Maddə1 – son üç mövsümdə komandaların göstərdiyi nəticədən formalaşan gəlirdir, bu müddət ərzində Mühəndislə Kubokun ən azı iki dəfə ilk onluğa daxil olmaq zəruridir. Bu şərti ödəyən komandalar arasında bərabər bölünür. Haas komandası hələ cəmi bir il keçirdiyi üçün ona çatacaq 32.5 milyon da komandalar arasında bərabər bölünüb.

Maddə2 – yalnız son mövsümdə Mühəndislər Kubokunda tutduğu yerə görə formalaşan gəlirdir. MK-nın sahibi məbləğin 19%-ni qazanır, 2-ci olan 16%, sonuncu komandaya isə 4% düşür.

Bundan başqa Ferrari, Mercedes AMG, Red Bull və McLaren komandalarının çempionatda tarixi uğurlarına görə, Ferrari komandasının daim çempionat iştirakçısı olduğuna görə, Red Bull komandası Razılıq Müqaviləsini ilk bağladığına görə, Mercedes komandası son iki ilin çempionu olduğuna görə, Williams komandası tarixi irsinə görə əlavə bonus ödəmələri də var.

Yekun nəticədə Ferrari yenə də hamıdan çox gəlir əldə edəcək – 180 milyon dollar. Təsəvvür edin ki, ümumi mükafat fondunun beşdə biri italyanların payına düşür. Düzdür, keçən illə müqayisədə bu rəqəm 9 milyon dollar azalıb.

Skuderiyaya MK-da cəmi bir yer uduzan Force İndia komandasının gəliri italyanlardan 108 milyon dollar az olacaq. Hətta keçən ilin qalibi Mercedes komandası Skuderiyaya 9 milyon dollar uduzur.

McLaren komandası da əlavə bonuslar hesabına Force İndia və Williams komandalarından çox qazanacaq.

Əgər ümumi mükafat fondu bütün komandalar arasında bərabər bölünsəydi hər bir komandaya 94 milyon dollar çatardı – müqayisəni sizin ixtiyarınıza buraxırıq…

P.S. Keçən il komandaların gəlirləri barədə burada yazmışdıq

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 10. 839
Teqlər
Paylaş

logo