19 Noyabr 2017, Bazar - 14:24

F.Alonso 2007-ci ili xatırlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:58 - 04 Aprel, 2009

İkiqat dünya çempionu Fernando Alonso McLaren-də keçmiş komanda yoldaşı olmuş Lyuis Həmiltonun ətrafında qızışmaqda olan yeni qalmaqal barədə öz fikrini […]

İkiqat dünya çempionu Fernando Alonso McLaren-də keçmiş komanda yoldaşı olmuş Lyuis Həmiltonun ətrafında qızışmaqda olan yeni qalmaqal barədə öz fikrini söyləyib. İspan mətbuatı ilə Fernando Britaniya mətbuatına nisbətən daha açıq söhbətlər edir və bəzən kəskin fikirlər də səsləndirir. Məsələn, bu gün yerli As qəzetində ondan soruşublar ki, hazırda baş verənlər ona 2007-ci ilin Macarıstan Qran Prisini xatırlatmır ki?

Fernando Alonso: “Əlbəttə, xatırladır. Birinci dəfə deyil ki, McLaren nümayəndələrini stüardların yanına çağırırlar. Birinci dəfə deyil ki, onlar stüardlara yalan söyləyirlər, amma gec-tez onları buna görə cərimə etmək lazım idi.

2007-ci ildə titul qazanmaq üçün mənə cəmi bir xal çatmadı və məhz Macarıstanda onlar mənim başıma məlum oyunu açdılar.

Yeni qalmaqal barədə mən camə axşamı qəzetlərdən oxudum. Adətən başqa komandalar barədə qəbul olunan qərarlar məni narahat etmir. Mənim yarışdakı yerim dəyişmədi.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 98
Teqlər
Paylaş

logo