F.Nasr Sauber-də qalacaq?

F-1.az xatırladır ki, Sauber-in braziliyalı pilotu Felipe Nasr keçən il yaxşı çıxışı ilə hamının diqqətini cəlb etmişdi. Bu il isə əksinə, komanda yoldaşı Markus Erikssonu üstələyə bilmir.

Felipe Nasr: “Əvvəlcə nə etmək istədiyimə qərar verməliyəm. Əgər qalmaq istəyirəmsə, komandama mənim qalmağımın faydalı olacağını göstərməliyəm. Keçən il mövsümə əla başlamışdım. Çətin dövrlərdən keçdik, amma xeyli inkişaf etdik. Maddi çətinliklər yaşadıq. Komandama hələ də inanıram. Burada uğur əldə edə biləcəyimi düşünürəm. Gələn il nələrin baş verəcəyini bilmirəm. Amma tezliklə qərar vermək lazımdır. Nələr baş verəcək – görəcəyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*