F.Nasr gələcəyinin Braziliyada açıqlanmasını gözləyir

Felipe Nasr ümid edir ki, gələn il yarışacağı komandanın adını Braziliyada açıqlayacaq...

F-1.az xatırladır ki, braziliyalı sürücü 2017-ci il üçün Sauber komandası ilə danışıqlar aparır, amma o digər alternativləri də dəyərləndirir.

Nasrın adı Sauber, Force İndia, Renault kimi komandalarla hallanır və braziliyalı qərarın öz vətənindəki yarışda açıqlanmasına ümid edir: “Braziliyaya qədər gözləyin. Bunun üçün işləyirik və bu hadisənin reallaşmasını istəyən insanlar var”.

Nasr gələn il Niko Hülkenberqi əvəz edə bilər, amma braziliyalı bildirib ki, Force İndia komandası ilə heç bir danışığa girməyib: “Bizim tərəfdən heç bir danışıq olmayıb. Amma son illərdəki uğurlarını nəzərə alsaq, sürücülərin ən çox arzuladığı komandalardan biri olduğunu deyə bilərəm.

Gələn il müqaviləsi bitən sürücülər kimi mən də ətrafıma baxıram və Force İndia əla seçimdir. Amma Sauber də güclü layihədir və yaxşı seçimdir. Ümid edirəm ki, hər şey tezliklə aydınlaşacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*