20 Oktyabr 2017, Cümə - 07:18

F.Massanın bloqu: “Formula1-dəki yeni nəsil hörmət etməyi bilməlidir”

F.Massanın bloqu: “Formula1-dəki yeni nəsil hörmət etməyi bilməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

14:15 - 12 İyul, 2017

Williams komandasının sürücüsü Felipe Massa Motorsport.com saytı üçün növbəti bloqunu yazıb və Avstriyadakı yüksəlişini və sürücülərin tras üzərində bir-birlərinə hörmət etməsindən yazıb.
F-1.az saytı olaraq bu yazını diqqətinizə çatdırırıq.

Felipe Massa: “Formula1-də hadisələri həmişə proqnozlaşdırmaq olmur. İki həftə əvvəl Bakıda qələbə uğrunda mübarizə apardığımız halda, Red Bull Rinqdəki yarışa 9-cu cərgədən başladıq. Bizim üçün xalsız həftəsonu kimi idi, amma komandamız mükəmməl geridönüş edərək, iki bolidlə birdən xal aldı.

Avstriyaya aerodinamik yeniliklər gətirmişdik. Boliddə problem olanda ilk olaraq yeniliklərdən şübhələnirsiniz. Birinci sərbəst yürüşlərdən sonra yeni təkərləri istifadə edərkən problemlərlə qarşılaşanda bunu düşündüm. Amma telemetriya məlumatları göstərdi ki, yeniliklər tras üzərində də gözlənildiyi kimi işləyir. Nahardan sonra yeniliklər olmadan trasa çıxanda vəziyyət yenə də dəyişmədi. Təkərləri işlədə bilmirdik. Amma yarış tempində daha pozitiv nəticələr aldıq. İşlənmiş təkərlərdə vəziyyət ümid etdiyimiz kimi idi. Amma sıralanma turundakı vəziyyətimiz çox pis idi. Komanda yoldaşım Ləns Stroll ilə 9-cu cərgəni tutduq. Bazar günü bacardığımız qədər yüksəlməli idik.

Yarışa 17-ci yerdən başladığım üçün fərqli strategiya seçməyə qərar verdim və yarışa Soft təkərlərlə başladım. Yarış yaxşı başladı. Yaxşı start aldım və ilk döngədəki xaosdan özümü yaxşı qurtardım. Dövrələr keçdikcə yüksəlməyə davam etdim və performansımız çox yaxşı idi. Force İndia-lara çox yaxın idik. Nəticədə 9-cu olduq. Sıralanma turundan sonra belə nəticə gözləmirdik.

Red Bull Rinq trası çox qısadır və yarışın sonunda lider sürücülər hamısı mənə çatmışdılar. Bu cür hallarda rəqibinizə hörmət etməlisiniz. Bu çox vacibdir və həmişə rəqiblərimə qarşı hörmət etməyə və onların yarışlarına təsir etməməməyə çalışdım. Amma hamı eyni formada davranmır. Yarışdan bir gün sonra Fernando ilə danışdım və o dedi ki, İndyCar-dakı sürücülər arasında daha çox ruh var. Bunun səbəbi o yarışın daha təhlükəli olmasıdır, amma nəticədə hörmət etmək vacibdir. Formula1-dəki yeni nəsil bunu anlamır. Məsələn, Alonso və Rəykkönenin nizam-intizamla bağlı cəza almaması təsadüfi deyil. Mənim də keçən il Braziliyada pitə giriş xəttini keçdiyim üçün sadəcə 2 cəza balım var.

Növbəti yarış Williams komandası üçün çox vacibdir. Britaniya yarışı bizim üçün çox xüsusidir və komanda idmandakı 40-cı ilini qeyd etdiyi üçün bu yarış daha da xüsusiləşir. Bu tarixi komandanın bir hissəsi olduğum üçün fəxr duyuram və bu həftəsonu bilirəm ki, xüsusi atmosfer olacaq. Silverstoun Red Bull Rinqə nisbətən çox fərqli asfalt və tras quruluşuna malikdir. Burada Avstriyadakı problemləri yaşayacağımızı gözləmirəm. Bu cür xüsusi yarışda komandaya yaxşı nəticə qazandırmaq mükəmməl olar”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 281
Teqlər , , ,
Paylaş

logo