10 Dekabr 2018, Bazar ertəsi - 10:28

F.Massadan növbəti bloq yazısı: “Bakı trası bizim üçün əlverişlidir”

F.Massadan növbəti bloq yazısı: “Bakı trası bizim üçün əlverişlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

22:09 - 02 İyun, 2016

Monako Qran Prisi Williams komandası və Felipe Massa üçün asan keçmədi, amma növbədə Williams-ın bolidi üçün əlverişli traslar var və buna görə də braziliyalı sürücünün əhvalı yüksəkdir. F-1.az bildirir ki, Felipe Massa Motorsport.com saytı üçün növbəti bloqunu yayımlayıb.

Felipe Massa: “Monako sevdiyim trasdır. Mövsümün ən çətin yarışlarını və yarış şəraitini burada görürük. Özü də hava şərtlərindən asılı olmayaraq. Buna bazar günü olduğu kimi yağış da əlavə olanda, bütün çətinliklərimiz artdı.

Xatırladıram ki, pitdən çıxdığım zaman asfaltla ilişmə çox zəif olurdu. Üstəlik bu cür düşünən tək mən deyiləm.

Startdan əvvəl podiumda Monakonun Dövlət Himni çalınmamışdan əvvəl Alonso, Fettel, Bottas və Battonla söhbət etdim. Hamısı asfaltla ilişmədən şikayət edirdilər və narahat idilər.

Amma yarışın təhlükəsizlik avtomobilinin arxasında başlaması məntiqli qərar idi. Arxasında çoxlu dövrə vurduq. Öndə olanlar yarışın başlamasını istəyirdilər, amma bizim kimi ortada olan sürücülər üçün yolu görmək çətin idi.

Şəraitin yaxşılaşması üçün bir neçə dövrə gözlədik və axırda hər şey qaydasında olanda yarış başladı.

Yağışın təsiri azalsa da, yarış heç də asan keçmədi. Monakoda bir sürücü kimi nələrin baş verdiyini anlamaq çox çətindir, çünki rəqiblərinizin nə etdiyinə birbaşa nəzarət edə bilmirsiniz.

Williams Martini Racing belə qərara gəldi ki, yağış təkərləri ilə daha çox trasda qalım və tras doğrudan da keçid təkərləri üçün əlverişli olanda, mən təkərləri dəyişdim.

Bu qərarı trafikə görə aldıq. Bu qərar pitdən sonra Manor-un sürücüsü Verlyayndan öndə qayıtmaq üçün verilən qərar idi. Əgər bunu etməsəydik, digər sürücülər kimi çox vaxt itirərdik.

Buna görə də 20-ci dövrəyə qədər dayandıq və keçid təkərlərini götürdük. Sözün düzü, 10 dövrə daha vuraraq, Lyuis Həmilton kimi birbaşa quru hava təkərlərinə keçə bilərdim.

Asan olmazdı, amma qeyri-mümkün deyildi. Əgər Lyuis kimi bu riski alsaydıq, yarışı ilk beşlikdə tamamlaya bilərdik. Ancaq strategiyamızı tətbiq etdiyimizdə, bu çox riskli görünürdü.

Keçid təkərləri ilə tempim əla idi, eyni sözlər quru hava təkərlərinə də aiddir. Çox sürətli Serxio Peresi çıxsaq, bütün rəqiblərimizə çox yaxın idik.

Monako trasının Williams komandası üçün çətin tras olduğunu fikirləşdiyimizdə, onuncu yeri tutaraq, aktivimizə 1 xal yazmaq bizim üçün əla xəbərdir. Bundan başqa yaddan çıxarmayaq ki, mən bu il bütün yarışları ilk onluqda bitirən yeganə sürücüyəm.

Bütün həftəsonu ərzində bolidin sazlanması üçün çox işlədik və 2015-ci illə müqayisə apardıq. Williams Red Bull-dan sonra bu trasda ən çox inkişaf edən komanda idi.

Məncə, daha yaxşı nəticə əldə edə bilərdik. Çünki sıralanma turunda birinci və ikinci sessiyalardakı ardıcıl dövrələrim yaxşı idi. Üçüncü sessiyada isə arxa təkərlərin istiliyini itirdik və çoxlu vaxt sərf etdik.

Artıq Monako geridə qaldı və bolidimiz üçün daha əlverişli olan traslara keçə bilərik.

Monreal həmişə Williams-ın sevdiyi traslardan biri olub və oraya pozitiv fikirləlrə yola düşürəm. Bolidimizdə bir yeniliyimiz olacaq və Mercedes mühərriyindən mükəmməl nəticələr gözləyirik. Bu, həmişə Kanadada ən böyük silahlardan biri olub.

Monrealdan sonra isə Bakı yarışı gəlir. Burada bizim referansımız yoxdur, amma uzun düzlüklərin bizim üçün əlverişli olduğunu deyə bilərik. Bu həftə ərzində Bakı ilə bağlı ətraflı məlumatlar verə biləcəm, çünki trası ilk dəfə simulyatorda sınaqdan keçirəcəm.

Daha sonra isə həmişə güclü olduğumuz Avstriya və Silverstoun gəlir. Buna görə də 2016-cı ilin yayına böyük ümidlərlə girirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 559
Teqlər , , , , ,
Paylaş

logo