16 Dekabr 2017, Şənbə - 07:31

F.Massa: “Təkərləri işlədə bilmədik”

F.Massa: “Təkərləri işlədə bilmədik”

Müəllif: Rauf Hacıyev, redaktor

17:34 - 08 İyul, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, Avstriyada sıralanma turunun nəticələri onu təəccübləndirib.

F-1.az xatırladır ki, Şpilberqdə sıralanma turunda braziliyalı sürücü 17-ci, komanda yoldaşı Stroll isə 18-ci ola biliblər.

Felipe Massa: “Yeni təkərləri işlətməkdə çətinlik çəkdik. Təkərlərdən istədiyimiz kimi istifadə edə bilmədik. Problemlər çox idi. Sıralanma turu bizim üçün çətin keçdi. Təkərlər işləmirdi. Sadəcə üzgünəm. Bu gün fərqli yerdə ola bilərdik. Normal şəraitdə ön tərəfə daha yaxın olmalı idik. Qəribədir. Problemləri tapmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 073
Teqlər , , , ,
Paylaş

logo