11 Dekabr 2017, Bazar ertəsi - 04:22

F.Massa: “Sıralanma turunda yaxşı nəticə almalıyıq”

F.Massa: “Sıralanma turunda yaxşı nəticə almalıyıq”

Müəllif: Rauf Hacıyev, redaktor

10:04 - 27 May, 2017

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, yüksək nəticə qazanmaq üçün sıralanma turunda yaxşı yer tutmaq lazımdır.

F-1.az xatırladır ki, braziliyalı sürücü Monakoda cümə axşamı sərbəst yürüşlərində 13-cü yeri tutub.

Felipe Massa: “Enli bolidlərlə Monakoda sürmək çox fərqli olacaq. Buna görə də bolidin ölçüsü ilə tras enliliyi arasında bir balans qurmalıyıq. Sözün açığı, buraya sıfırdan hazırlaşmalıyıq. Monakoda yarışlar çətin olsa da, sürücülər bundan həzz alırlar. Burada uğurlu nəticə almaq üçün sıralanma turundakı performans çox vacibdir. Ötmələr çətin olduğu üçün bacardığımız qədər yaxşı yer tutmalıyıq. Monako mənim ikinci evimdir və burada trasa çıxmaq üçün səbirsizlənirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 80
Teqlər , , ,
Paylaş

logo