F.Massa: “Ən güclü komanda yoldaşlarım Alonso və Şumaxer idi”

Felipe Massa bu həftəsonu sonuncu Braziliya yarışına çıxacaq. Braziliyalı Formula1 karyerasına 2002-ci ildə Sauber komandasında başlamışdı. 35 yaşlı sürücü bildirib ki, onun ən güclü komanda yoldaşları Mixael Şumaxer və Fernando Alonso olublar.

F-1.az xatırladır ki, Massa karyerası ərzində Nik Haydfeld, Jak Vilnöv, Mixael Şumaxer, Kimi Rəykkönen, Fernando Alonso və Valtteri Bottasla komanda yoldaşı olub.

Felipe Massa: “Alonso mənə qarşı həmişə yaxşı davranıb. Onunla problem yaşamamışıq.

Şumaxer ilə komanda yoldaşı olmağım karyeramın dönüş nöqtəsi idi. Mənim üzərimdə təsiri çox oldu. O ən yaxşı dostlarımdan biridir və komada olanda bir neçə dəfə yanına getdim. Amma bu heç də asan olmadı”

Braziliyalı sürücü öz ölkəsindəki yarışın emosional keçəcəyini bildirib: “İnterlaqos mənim evimdir. Mənim üçün emosional yarış olacaq. Ümid edirəm ki, yaxşı nəticə qazanaraq fanlarımı sevindirərəm. Burada iki dəfə qalib gəlmişəm və bir neçə dəfə podiuma çıxmışam. Asan olmasa da, bu uğurlarımı təkrarlamaq üçün əlimdən gələni edəcəm”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*