17 Oktyabr 2018, Çərşənbə - 04:56

F.Alonso: “Sıralanma turunda 3-cü sessiyaya keçmək çətin olacaq”

F.Alonso: “Sıralanma turunda 3-cü sessiyaya keçmək çətin olacaq”

Müəllif: Elçin Zodorov, redaktor

11:12 - 11 İyun, 2016

İspaniya və Monakoda sıralanma turunda 3-cü sesssiyaya keçməyi bacaran ispaniylı sürücü Kanadada bunun çətin olacağını etiraf edib.

F-1.az xəbər verir ki, Alonso 3-cü sessiyaya keçməməyin onlara strateji baxımdan kömək edə biləcəyini düşünür.

Fernando Alonso: “Cümə gününün yaxşı keçdiyini düşünürəm. Amma şənbə günü rəqiblərimiz, xüsusilə də Mercedes mühərrikli komandalar sürətli olacaqlar. Williams və Force İndia-nın güclü olacağını gözləyirəm. Mercedes AMG, Ferrari və Red Bull demək olar ki, hər yarışda 3-cü sessiyaya keçən komandalardır. Toro Rosso-nun da şansı çoxdur.

Bunu etmək Barselona və Monakoda olduğundan daha çətin olacaq, amma bunu etməyə çalışacağıq. Amma 3-cü sessiyaya keçə bilmədiyimiz yarışlardan biri ola bilər. Keçməsək təkər seçimində sərbəst olacayıq və bu, bizə üstünlük verə bilər. Cümə günü 11-ci oldum və sıralanmada da bu yeri tutsam, bundan razı qalaram”.

Xatırladaq ki, dünən keçirilən 1-ci sərbəst yürüşlərdə yanacaq sızıntısı problemi ilə qarşılaşan Batton çox vaxt itirmiş və komanda 2-ci sərbəst yürüşlərdən əvvəl onun motorunu dəyişməli olmuşdu. İkinci seansda 7-ci yeri tutan Battonun köhnə və ya yeni motorla iştirak edəcəyi bu gün bilinəcək.

Censon Batton: “Sərbəst yürüşlərin 2-ci sessiyasında köhnə motora qayıtdım və heç bir problem yaranmadı. Motor yaxşı idi. Hansı motorla yarışacağımız barədə qərarı 3-cü sərbəst yürüşlərə qədər verəcəyik. Ya burada istifadə etməyə başladığım yeni motorla, ya da son 3 yarışı keçirdiyim motorla davam edəcəm”.

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 493
Teqlər , ,
Paylaş

logo