12 Dekabr 2018, Çərşənbə - 04:43

F.Alonso: “Hunqarorinq kartinq trasını xatırladır”

F.Alonso: “Hunqarorinq kartinq trasını xatırladır”

Müəllif: Rauf Hacıyev, redaktor

13:24 - 26 İyul, 2018

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, Macarıstanda yaxşı nəticə qazanmaq üçün əlindən gələni edəcək.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ilk qələbəsini 2003-cü ildə Macarıstanda qazanıb. İkiqat Dünya Çempionu keçənilki yarışda da 5-ci yeri tutmuşdu.

Fernando Alonso: “Hunqarorinq mükəmməl trasdır və yay tətilinə getməmişdən əvvəl belə bir trasda yarışacağım üçün xoşbəxtəm. Budapeştdəki azarkeşləri çox sevirəm. İdmana sevgiləri böyükdür və trasa çıxan kimi bizi dəstəkləyirlər. Onlarla bir yerdə olmaq çox gözəldir. Tras böyük bir go-kart trasını xatırladır. Nəfəs almağa vaxtınız olmur. Sonrakı döngəni düşünməlisiniz. Burada vaxt keçirmək çox gözəldir və həzz almağa çalışacağam. Yay tətilindən əvvəl son yarış olduğu üçün adama əlavə motivasiya verir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 96
Teqlər , , ,
Paylaş

logo