17 Dekabr 2017, Bazar - 10:19

Əbu Dabi-2017: Birinci sərbəst yürüşlər

Əbu Dabi-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

14:41 - 24 Noyabr, 2017

Bu gün səhər hava gözlənildiyi kimi, isti olub. Sıralanma turu və yarış axşam saatlarında tam fərqli hava şəratində keçiriləcəyindən, komandalar sessiyanı gələn il üçün nəzərdə tutulmuş yenilikləri yoxlamağa həsr ediblər.

F-1.az xəbər verir ki, iki komanda ilk sessiyada gənc sürücülərə yer verib – Haas komandasında Maqnusseni Covinatsi əvəzləyib, Force İndia-da isə Peresin maşını Corc Rasselə həvalə edilib.

Covinatsi, Eriksson və Bottas gələn ildən bütün maşınlara yerləşdiriləcək Halo sistemi ilə trasa çıxıblar. Sürücülər elə ilk sessiyadan UltraSoft təkərlərlə fəal işləyiblər, lakin bu dəfə elə ilk məşqlərdən trasın rekordunu qırmaq mümkün olmayıb.  Sessiya sakit keçib, Rikkardo, Covinatsi, Hülkenberq, Rassel, Stroll və Hartli trasdan çıxsalar da, heç bir halda ciddi hadisə baş verməyib. Qrojanın maşını bariyerə toxunub, sürücü boksa qayıda bilib.

Protokollara Sebastyan Fettel başçılıq edib – 1:39.006. Məşqlər Bakı vaxtı ilə 17:00-da davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:39.00622
244Lyuis HəmiltonMercedes AMG1:39.126+ 0:00.12024
333Maks FerstappenRed Bull1:39.154+ 0:00.14815
47Kimi RəykkönenFerrari1:39.518+ 0:00.51221
577Valtteri BottasMercedes AMG1:39.741+ 0:00.73529
611Serxio PeresForce İndia1:40.293+ 0:01.28723
714Fernando AlonsoMcLaren1:40.522+ 0:01.51619
82Stoffel VandornMcLaren1:40.569+ 0:01.56314
919Felipe MassaWilliams1:40.723+ 0:01.71726
103Daniel RikkardoRed Bull1:40.773+ 0:01.76728
1135Corc RasselForce İndia1:41.131+ 0:02.12526
128Roman QrojanHaas1:41.306+ 0:02.30023
1318Ləns StrollWilliams1:41.581+ 0:02.57526
1410Pyer QasliToro Rosso1:41.646+ 0:02.64028
1555Karlos SaynsRenault1:41.748+ 0:02.74223
1694Paskal VerlyaynSauber1:41.752+ 0:02.74625
1727Niko HülkenberqRenault1:41.864+ 0:02.85826
1850Antonio CovinatsiHaas1:42.065+ 0:03.05920
199Markus ErikssonSauber1:42.344+ 0:03.33827
2028Brendon HartliToro Rosso1:42.585+ 0:03.57935

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 59
Teqlər , , , ,
Paylaş

logo