11 Dekabr 2017, Bazar ertəsi - 04:24

E.Okon: “Yarış düşündüyümdən yaxşı oldu”

E.Okon: “Yarış düşündüyümdən yaxşı oldu”

Müəllif: Rauf Hacıyev, redaktor

10:07 - 10 Oktyabr, 2017

Force İndia komandasının sürücüsü Esteban Okon bildirib ki, Yaponiya yarışı onun üçün gözləniləndən yaxşı keçib.

F-1.az xatırladır ki, fransalı sürücü startda 3-cü yerə qədər yüksəlsə də, sonda 6-cı yeri tutmuşdu…

Esteban Okon: “Yaxşı start aldım və yarışa bir müddət 3-cü yerdə davam etdim. Heyif ki, rəqiblərimizi arxamızda tuta bilmədik və geriyə düşdük. Bu gün yarış üçün tək pit-stoplu strategiya düşünmüşdük və təkərləri qorumalı idim. Yarışın ilk hissəsində arxamda Rikkardo və Bottas var idi və buna görə də işim asan olmadı. Bolid bu gün güclü idi. İki sürücü ilə də maksimum nəticə qazandıq və turnir cədvəlindəki 4-cü yerimizi möhkəmləndirdik. Növbəti yarışlardan da gözəl nəticələrlə ayrılmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 255
Teqlər , , ,
Paylaş

logo