15 Dekabr 2017, Cümə - 23:25

E.Okon: “O podiumu istəyirik!”

E.Okon: “O podiumu istəyirik!”

Müəllif: Rauf Hacıyev, redaktor

12:40 - 03 Sentyabr, 2017

İtaliya yarışına 3-cü yerdən başlamağa hazırlaşan Okon bildirib ki, podiuma yüksəlmək istəyir.

F-1.az xatırladır ki, fransalı sürücü sıralanma turunda 5-ci yeri tutsa da, Red Bull sürücüləri cəza aldıqları üçün yarışa 3-cü yerdən başlayacaq. Bu 21 yaşlı sürücünün ən yaxşı sıralanma performansıdır.

Esteban Okon: “Möhtəşəm idi. Komanda buna layiq idi. Bütün sahələrdə çox işləyirlər. Üçüncü yeri tutmaqla hamını təəccübləndirdim. Bolidin dəngəsi əla idi. Son həddə sürə bildim. Yarışda da üçüncü olmaq istəyirik. O podiuma layiqik! Bolidi yağışlı havaya uyğunlaşdıra bildim. Yarış üçün əla fürsətimiz var.

Yağışda özümü təkmilləşdirirəm. Formula1 bolidində uğur qazanmaq əladır. Komanda yaxşı nəticə üçün hər şey etdi. Onları qucaqlayıram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 288
Teqlər , , ,
Paylaş

logo