E.İrvayn: “Fettel Şumaxer kimi ola bilməz”

Sabiq Formula1 sürücüsü Eddi İrvayn bildirib ki, Sebastyan Fettel heç də Mixael Şumaxer kimi yaxşı sürücü deyil.

F-1.az xatırladır ki, İrvayn 1996-1999-cu illərdə Mixael Şumaxerlə komanda yoldaşı olub.

Sebastyan Fettel isə 2007-ci ildə Formula1-də debüt edib və 2008-ci ildə Toro Rosso komandası ilə yarış qazanaraq, italyan təmsilçisinə tarixində ilk və hələki yeganə qələbə sevincini yaşadıb. 29 yaşlı sürücü 2010-2013-cü illərdə 4 dəfə ardıcıl çempion olaraq, ən gənc, ən gənc ikiqat, ən gənc üçqat və ən gənc dördqat Dünya Çempionu statuslarını qazanıb.

Amma həmişə qeyri-adi açıqlamarı ilə seçilən Eddi İrvayn Fetteli “sözə qulaq asmayan uşağ”a bənzədib: “Fettel özündən razı uşaq kimidir. İdmana gəldiyi gündən narsist olub, amma insanların ona olan simpatiyası bu kibiri gül-çiçəyə döndərdi. Biz də elə idik. Mən də elə idim. Fernando və ya Lyuis də elə idi.

Fettel yaxşı sürücüdür, amma Şumaxer başqa səviyyədə idi. Mixael hər pis keçən yarışdan sonra Todtla oturub problemləri həll etməyə çalışardı. Mixael bolidi ilə elə işlər görüb ki, heç kəs indi onu nüsxələyə bilmir. Mika Həkkinen kimi mükəmməl sürücü belə bunu edə bilmədi. Alonso adlı gənc qurd gələnə qədər Şumaxer çox rahat idi. Müasir dövrdə Fettel, Alonso və Şumaxer bir-birlərinə çox bənzəyirlər. Amma mən Həmiltonu seçərdim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*