16 Dekabr 2017, Şənbə - 20:49

E.Bulye McLaren Honda-nın Ostində yenidən mübarizəyə qoşulacağına ümid edir

E.Bulye McLaren Honda-nın Ostində yenidən mübarizəyə qoşulacağına ümid edir

Müəllif: Elçin Zodorov, redaktor

19:48 - 17 Oktyabr, 2016

F-1.az xatırladır ki, əldə edilən ardıcıl yaxşı nəticələrdən sonra komanda Suzukada çox zəif təsir bağışlamışdı.

Erik Bulye: “Sirr deyil ki, Suzukada istədiyimiz nəticəni əldə edə bilmədik, lakin Ostindəki yarışa ən yaxşı şəkildə hazırlaşırıq. Burada hər şey tamamilə fərqlidir. Performansımızı yüksəldəcəyimizə ümid edirik. Arxayınlaşmaq olmaz. Mövsümün bu hissəsində yaxşı və ya pis nəticələr əldə etmək mümkündür. Hələ dörd yarış var və sona qədər çalışmalıyıq.

Bu tras bizdən fərqli şeylər tələb edir. Maşın üçün uyğun sazlanmaları tapmalıyıq. Həm yavaş, həm də sürətli döngələr var. Eyni zamanda, uzun düzlükləri də var. Düzgün sazlanmanı tapmaq həlledici olacaq. Cümə günü diqqətimizi ayıracağımız əsas şey budur.

İlk sessiyaların necə keçəcəyini demək çətindir. Günün müxtəlif saatlarında və havanın fərqli temperaturlarında, üstəlik ilin bu dövründə təkərlərdən ən yaxşı şəkildə istifadə etmək çox çətin olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 216
Teqlər , , ,
Paylaş

logo