14 Dekabr 2018, Cümə - 22:03

D.Rikkardo: “Yarımçıq işimizi tamamladıq”

D.Rikkardo: “Yarımçıq işimizi tamamladıq”

Müəllif: Rauf Hacıyev, redaktor

20:03 - 27 May, 2018

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, iki ildir bu qələbəni gözləyirmiş.

F-1.az bildirir ki, avstraliyalı sürücü Monakoda MGU-K problemləri yaşasa da, mükəmməl performansla mövsümdə ikinci qələbəsini qazanıb.

Xatırladaq ki, Rikkardo iki il əvvəl də Monakoda yarışa pouldan başlasa da, komandasının pit-stopdakı səhvinə görə qələbəni əldən verərək, ikinciliyə razı olmuşdu.

Daniel Rikkardo: “İki ildir bunu gözləyirdim və axır ki, o yarışı kompensə etdim. Problemlərimiz var idi. Radiodan bunları necə anladınız bilmirəm, amma çətin idi. Birdən güc itirməyə başladım və o an yarışın bitdiyini düşündüm. 6-cı ötürmədən yuxarı qalxa bilmədim, amma inanılmaz formada qalib gəldik. Şübhələrim olsa da, nəhayət ki, Monakoda qalib gəldik. Özümü çox yaxşı hiss edirəm. Məni dəstəkləyənlərə təşəkkür edirəm. Yarışda bütün hisslər bir-birinə qarışdı. Amma hazırda xoşbəxtəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 125
Teqlər , , ,
Paylaş

logo