24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:29

D.Rikkardo: “Yağışlı havada qalib gələ bilərik”

D.Rikkardo: “Yağışlı havada qalib gələ bilərik”

Müəllif: Rauf Hacıyev, redaktor

17:07 - 30 Sentyabr, 2017

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Malayziya yarışında podiuma yüksəlmək üçün yağışın yağmasına ehtiyac yoxdur.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Malayziyada sıralanma turunda komanda yoldaşı Ferstappendən 0.054 saniyə geri qalaraq, 4-cü olub.

Daniel Rikkardo: “Quru havada poul uğrunda mübarizə aparmaq çətin idi, amma hava yağışlı olsaydı, onda hər şey fərqli ola bilərdi. Pouldan yarım saniyə geridəyik və daha yaxşısını edə bilməzdik. Xüsusən də, Lyuisin Mercedes-i həmişə sürətli olur. Burada ondan yarım saniyə geri qalmaq pis nəticə deyil.

Sözün açığı, Maksdan 0.054 saniyə geri qalmaq yaxşı hal deyil. Bütün həftəsonu boyu arada 0.1 saniyə fərq var idi və boliddən maksimumu ala bildik. Podiuma yüksələ bilərik. Fettel arxadadır və Bottas güclü görünmür. Mercedes yarış tempində zəifdir. Quru havada podium uğrunda mübarizə apara bilərik, amma yağış yağsa, qələbədən və daha çox sayda şampandan danışa bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 136
Teqlər , , ,
Paylaş

logo