17 Oktyabr 2018, Çərşənbə - 13:36

D.Rikkardo: “Red Bull-dan ayrıla bilərəm”

D.Rikkardo: “Red Bull-dan ayrıla bilərəm”

Müəllif: Rauf Hacıyev, redaktor

17:17 - 11 İyun, 2016

Daniel Rikkardo bildirib ki, Red Bull komandasının növbəti mövsümlərdə Formula1-də çempionluq potensialı olmasa, komandadan ayrıla bilər.

F-1.az xatırladır ki, Rikkardo Red Bull-un dəstəyi ilə Formula1-ə gəlib. Avstraliyalı sürücü göstərdiyi performansa görə adı Ferrari ilə bir çəkilir.

Xatırladaq ki, Rikkardo 2014-cü ildə Red Bull ilə 3 yarış qazanıb. Avstraliyalı sürücü son 2 yarışda qələbəyə yaxın olsa da, komandanın səhvlərinə görə qələbələri əldən verib.

Rikkardo gələcəyi barədə danışıb: “Düzünü desək, deyə bilərəm ki, əsas hədəfim çempion olmaqdır. Əgər Red Bull mənə “sənə bir neçə il ərzində çempionluq verə bilmərik” desə, onda mən də “bizimlə çempionluq mübarizəsi apara bilərsən” deyən bir komandaya gedərəm. Çempionluq uğrunda mübarizə aparmaq istəyirəm və bu istədiyim yeganə şeydir. Ad üçün bir yerdə olmaq istəmirəm. Nəticələr qazanmaq istəyirəm”.

Xatırladaq ki, Rikkardonun sabiq komanda yoldaşı Sebastyan Fettel də bildirmişdi ki, avstraliyalı sürücü ilə Ferrari-də komanda yoldaşı olmaqdan narahat deyil.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 215
Teqlər , , ,
Paylaş

logo