25 Sentyabr 2017, Bazar ertəsi - 13:59

D.Rikkardo: “Mercedes-lə eyni gücdəyik”

D.Rikkardo: “Mercedes-lə eyni gücdəyik”

Müəllif: Rauf Hacıyev, redaktor

13:48 - 22 Oktyabr, 2016

Daniel Rikkardo bildirib ki, Red Bull bu mövsüm ən yaxşı cümə günlərindən birini keçirdib və onlar qələbə uğrunda mübarizə verə bilərlər.

F-1.az xatırladır ki, avstraliyalı sürücü ikinci sessiyada Rosberqə cəmi 0.194 saniyə uduzaraq ikinci olub.

Rikkardo bildirib ki, cümə günü Red Bull üçün əla keçib və onlar yarış tempində Mercedes-ə qarşı mübarizə apara bilərlər: “Qətiliklə deyə bilərəm ki, ən yaxşı cümə günlərindən biri idi. Yarış tempində Mercedes-lə bərabər idik. Amma bunu əvvəl də demişdim. Cümə günüdür, amma cümə gününü yaxşı keçirmək bizi xoşbəxt edir. Həftəsonuna yaxşı başlamaq gözəldir və buna görə də gecə bolidin üstündə çox işləmədik. Sadəcə həmişəki kimi xırda sazlanmalar etdik.

Cümə günü yaxşı gün idi. Birinci sessiya yaxşı idi. Yarış tempində güclü idik. Nahardan sonra da tempimizi qoruduq. İki sessiya arasında xırda dəyişikliklər etdik və indi yaxşı vəziyyətdəyik. Ümid edirəm ki, belə davam edərik”.

Rikkardo bildirib ki, sıralanma turunda da yaxşı nəticə qazana bilərlər: “Sıralanma tempimiz yaxşı idi. Daha güclü ola bilərik, amma Mercedes də ola bilər.

Ferrari də güclü idi, amma mən bu gün yarış tempindən razı qaldım. Stabil dövrələr vurduq. Performansımızı artırdıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 101
Teqlər , ,
Paylaş

logo