23 Noyabr 2017, Cümə axşamı - 11:41

D.Rayan: “Haryantonun səhv edəcəyini gözləyirdik”

D.Rayan: “Haryantonun səhv edəcəyini gözləyirdik”

Müəllif: Elçin Zodorov, redaktor

11:19 - 28 Fevral, 2016

Formula1-də Manor-la debüt edən indoneziyalı Rio Haryanto ilk dəfə sükan arxasına keçdiyi Barselonada iştirak etdiyi hər iki test günündə qəza etmişdi. Maraqlıdır ki, hər iki qəzanı eyni döngədə etmişdi.

F-1.az xəbər verir ki, komandadan bunun sürpriz olmadığını, yəni qəzanı gözlədiklərini bildiriblər.

Deyv Rayan, komandanın idman direktoru: “Rio bu səhvləri etməsəydi, biz təəccüblənərdik. Çünki o təzə başlayır… Pilotlarımızı müqayisə etmək düzgün olmaz. Çünki Paskal DTM çempionu olaraq gəlib və Formula1 bolidinə də dəfələrlə əyləşib. Müqayisədə daha təcrübəlidir. Rio da isə vəziyyət belə deyil. Amma hər ikisi əla pilotdur. Hər iki pilotumuza güvənirik”.

Qeyd edək ki, Haryantonun meneceri komanda ilə müqavilənin tam mövsümlük olduğunu qeyd edib…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 249
Teqlər , , , , ,
Paylaş

logo