25 Sentyabr 2017, Bazar ertəsi - 13:58

D.Kulthard Kvyatı dəstəkləyib

D.Kulthard Kvyatı dəstəkləyib

Müəllif: Rauf Hacıyev, redaktor

09:47 - 29 Oktyabr, 2016

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Daniil Kvyat 2017-ci ildə Toro Rosso-da qalmağa layiqdir və komanda onunla müqaviləni uzatmaqda düzgün qərar verib.

F-1.az xatırladır ki, Formula1 üzrə 1997-ci il mövsümünün çempionu Jak Vilnöv Kvyatın Toro Rosso-da qalmağa layiq olmadığını demişdi. Amma Kulthard eyni fikirdə deyil: “Qətiliklə deyə bilərəm ki, Kvyat yeni müqaviləyə layiqdir. Red Bull xeyriyyə cəmiyyəti deyil. Onlar sadəcə gənc və istedadlı sürücülərə investisiya qoyurlar. Daniil də bunlardan biridir və komandada qalmağa layiqdir. Səbəbsiz yerə onu göndərmək məntiqli olmaz.

Məncə, Kvyat yaxşı oğlandır. Çox sürətlidir, amma hamımız bilirik ki, idmanda vacib olan bu sürəti hər yarışda göstərməkdir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 174
Teqlər , , , ,
Paylaş

logo