10 Dekabr 2018, Bazar ertəsi - 15:06

Çin-2018: Üçüncü sərbəst yürüşlər

Çin-2018: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

08:13 - 14 Aprel, 2018

Şanxayda gecə yağış yağıb və asfaltda dünəndən yığılmış rezin qatını yuyub. Həm bu, həm də sessiyanın əvvəlində trasın bir qədər nəm olması sürücülərin işini çətinləşdirib.

F-1.az bildirir ki, bu dəfə sürücülər daha çox problemlərlə qarşılaşıblar. Həmilton bir neçə dəfə səhvlərə yol verib, Qrojan yerində fırlanıb və komanda onu boksa çağırıb – fransız sürücünün əyləc nasazlığı ilə qarşılaşdığı məlum olub. Vandornun maşınında telemetriya işləməyib və komanda ondan məlumat ala bilməyib.

Red Bull komandası bu dəfə də ciddi çətinliklərlə qarşılaşıb. Ferstappenin maşınında ötürmələr qutusunda problem aşkarlanıb, lakin bunu həll etmək mümkün olub. Bir neçə dövrə vurmuş Rikkardonun maşınının motoru alışıb və avstraliyalı sürücü üçün sessiya vaxtından əvvəl başa çatıb.

Protokollara həftəsonunun ən sürətli dövrəsini vurmuş Fettel başçılıq edib – 1:33.018.

Bizi Bakı vaxtı ilə saat 10:00-dan etibarən gərgin poul mübarizəsi gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:33.01814
27Kimi RəykkönenFerrari1:33.469+ 0:00.45121
377Valtteri BottasMercedes AMG1:33.761+ 0:00.74316
433Maks FerstappenRed Bull1:33.969+ 0:00.95114
533Lyuis HəmiltonMercedes AMG1:34.057+ 0:01.03914
620Kevin MaqnussenHaas1:34.329+ 0:01.31125
711Serxio PeresForce İndia1:34.445+ 0:01.42714
831Esteban OkonForce İndia1:34.456+ 0:01.43816
955Karlos SaynsRenault1:34.582+ 0:01.56420
1035Sergey SirotkinWilliams1:34.741+ 0:01.72313
1127Niko HülkenberqRenault1:34.841+ 0:01.82316
1214Fernando AlonsoMcLaren1:34.851+ 0:01.83313
132Stoffel VandornMcLaren1:34.977+ 0:01.95916
1428Brendon HartliToro Rosso1:34.991+ 0:01.97320
153Daniel RikkardoRed Bull1:35.061+ 0:02.0434
1610Pyer QasliToro Rosso1:35.079+ 0:02.06116
1718Ləns StrollWilliams1:35.375+ 0:02.35716
1816Şarl LeklerSauber1:35.497+ 0:02.47914
199Markus ErikssonSauber1:35.679+ 0:02.66113
208Roman QrojanHaas1:35.756+ 0:02.7386

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 502
Teqlər , , , , , ,
Paylaş

logo