19 Noyabr 2018, Bazar ertəsi - 05:05

Çin-2017: Üçüncü sərbəst yürüşlər

Çin-2017: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

09:08 - 08 Aprel, 2017

Bu gün keçirilən sərbəst yürüşlər rəsmən üçüncü hesab olunsa da, əslində ikincidir – cümə günü ikinci səbəst yürüşlər hava şəraitinə görə baş tutmayıb. Bu, həftəsonu quru havada keçirilən ilk sessiya olub. Komandalar cümə gününü kompensasiya etmək üçün elə ilk dəqiqələrdən işləməyə başlayıblar.

F-1.az bildirir ki, ilk dəqiqələrdə Daniel Rikkardo daha sürətli olub, bir çox komandalar isə yarış sazlanmaları üzərində işləyiblər. Sessiyanın əvvəlində trasın vəziyyəti ideal olmayıb və sürücülər səhvlərə yol veriblər. Lakin asfaltın üzərinə getdikcə yığılan rezin qatı ilişmənin vəziyyətini yaxşılaşdırıb.

Sessiyanın ikinci hissəsində Ferrari sürücüləri diqqətləri cəlb ediblər. Əvvəlcə Kimi Rəykkönen, sonra isə Sebastyan Fettel avstraliyalının nəticəsini xeyli üstələyiblər. Fettelin dövrəsi keçənilki poul nəticəsindən iki saniyə sürətli olub. Mercedes AMG sürücüləri isə qırmızıların tempinə çata bilməyiblər. Onların Fettelə cavab vermək cəhdləri boşa çıxıb. Sessiyanın sonunnda Rəykkönen komanda yoldaşı kimi sürətli dövrə vurub, lakin ona cüzi fərqlə uduzub.

Sessiyanın nəticələri sıralanma turunda gərgin mübarizə olacağından xəbər verir…

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:33.33620
27Kimi RəykkönenFerrari1:33.389+ 0:00.05319
377Valtteri BottasMercedes AMG1:33.707+ 0:00.37126
444Lyuis HəmiltonMercedes AMG1:33.879+ 0:00.54325
519Felipe MassaWilliams1:34.773+ 0:01.43723
633Maks FerstappenRed Bull1:34.946+ 0:01.61020
73Daniel RikkardoRed Bull1:35.092+ 0:01.75623
818Ləns StrollWilliams1:35.182+ 0:01.84624
930Colion PalmerRenault1:35.192+ 0:01.85621
1055Karlos SaynsToro Rosso1:35.223+ 0:01.88724
1127Niko HülkenberqRenault1:35.449+ 0:02.11322
1220Kevin MaqnussenHaas1:35.521+ 0:02.18522
1311Serxio PeresForce İndia1:35.626+ 0:02.29020
148Roman QrojanHaas1:35.680+ 0:02.34422
1526Daniil KvyatToro Rosso1:35.804+ 0:02.46823
1631Esteban OkonForce İndia1:35.811+ 0:02.47524
1714Fernando AlonsoMcLaren1:35.912+ 0:02.57617
189Markus ErikssonSauber1:36.063+ 0:02.72725
192Stoffel VandornMcLaren1:36.221+ 0:02.88521
2036Antonio CovinatsiSauber1:36.705+ 0:03.36924

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 611
Teqlər , , , , , , ,
Paylaş

logo