20 Noyabr 2018, Çərşənbə axşamı - 02:05

Çin-2017: Həftəsonuna ilkin hava proqnozu

Çin-2017: Həftəsonuna ilkin hava proqnozu

Müəllif: Elçin Zodorov, redaktor

09:08 - 03 Aprel, 2017

Mövsümün ikinci yarışı üçün yerli meteoroloqlar ilkin hava proqnozunu elan ediblər – onlar sərin və yağışlı hava vəd edirlər.

F-1.az trasın rəsmi saytına istinadən bildirir ki, cümə günü nahara qədər havanın temperaturunun +23 dərəcə olacağı gözlənilir, yağıntı ehtimalı isə 80%-dir. Şənbə günü küləyin istiqaməti dəyişəcək və temperatur +21 dərəcəyə qədər qalxacaq. Yağışın yağma ehtimalı isə nisbətən az olacaq – 40%. Yarışın baş tutacağı bazar günü isə hava daha sərin olacaq. Havanın maksimum +15 dərəcəyə qədər qızacağı gözlənilir və yağış ehtimalı yüksəkdir…

Xatırladaq ki, keçən il burada şənbə günü keçirilən məşqlər və sıralanma turu yağışlı, qalan sessiyalar isə quru havada baş tutmuşdu.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 476
Teqlər , ,
Paylaş

logo