20 Oktyabr 2018, Şənbə - 10:54

Ç.Uaytinq: “Qırıntı barədə məlumat verilməmişdi”

Ç.Uaytinq: “Qırıntı barədə məlumat verilməmişdi”

Müəllif: Rauf Hacıyev, redaktor

10:17 - 03 May, 2018

FİA-nın yarış direktoru Çarli Uaytinq bildirib ki, Valtteri Bottasın qələbəsini əlindən alan qırıntı barədə məlumat almayıb.

F-1.az xatırladır ki, Valtteri Bottas təhlükəsizlik maşını rejimindən sonra yarışa inamla liderlik edib qələbəyə doğru getdiyi anda arxa təkəri partlamış və mübarizəni dayandırmışdı. Yarışdan sonra Toto Volff səhlənkarlıq etdiyi üçün FİA-nı sərt tənqid etmişdi.

Çarli Uaytinq: “Detallar barədə heç bir məlumat verilmədi. Marşallar bütün yarış əla işlədilər. Qırıntılar barədə yaxşı məlumat verdilər. Böyük ehtimalla qırıntı Qasli və Maqnussen arasındakı təmasdan düşmüşdü. Lakin bu barədə məlumat almadıq. Təbii ki, trası həmişə təmiz saxlamaq istəyirik. Amma bilmədiyiniz şeyləri təmizləmək çətin olur. Restart veriləndə trasın təmizləndiyinə əmin idik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 165
Teqlər , , , , , ,
Paylaş

logo