17 Dekabr 2017, Bazar - 10:10

C.Batton: “Suzuka McLaren bolidinə uyğun tras deyil”

C.Batton: “Suzuka McLaren bolidinə uyğun tras deyil”

Müəllif: Elçin Zodorov, redaktor

14:01 - 08 Oktyabr, 2016

Hər 3 sərbəst yürüş sessiyasında Fernando Alonsodan geri qalan Censon Batton sıralanma turunda da komanda yoldaşına çox cüzi fərqlə uduzub və ilk sessiyada mübarizəni dayandırmalı olub.

F-1.az bildirir ki, hər iki McLaren Honda sürücüsü üçün həftəsonunun geridə qoyduğumuz hissəsi çətin keçib və yarışda da vəziyyətin fərqli olacağına ümid yoxdur.

Censon Batton: “Cümə günü maşının balansında bir qəribəlik var idi və mənə uyğun deyildi. Buna görə də üçüncü sərbəst yürüş sessiyasından etibarən Fernandonun sazlanmalarından istifadə etməyə başladıq. Təəssüf ki, motorda problem var idi və kifayət qədər güc yox idi. Problemi sıralanma turundan əvvəl həll edə bildik. Fernandodan çox az fərqlə geri qaldım. Belə çətin bir şəraitdə ona bu qədər yaxın olmaq yaxşı nəticədir.

Bütün olanlara baxmayaraq, burada daha artığını gözləyirdik. Amma ortasürətli və ardıcıl əksistiqamətli döngələri ilə Suzuka maşınımıza uyğun olmayan trasdır. Bura Honda-nın öz evidir və yaxşı nəticə əldə etmək istəyirik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 171
Teqlər , , , ,
Paylaş

logo