19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:24

C.Batton: “Palmerə cəza verilməlidir”

C.Batton: “Palmerə cəza verilməlidir”

Müəllif: Rauf Hacıyev, redaktor

00:20 - 23 Oktyabr, 2016

Censon Batton sıralanma turunun birinci sessiyasında onu bloklayan Colion Palmerin cəza almalı olduğunu deyib…

F-1.az xatırladır ki, Batton sıralanma turunun ilk sessiyasında trafikə düşərək, 19-cu yeri tutub.

Britaniyalı sürücü ilk cəhdinə Soft təkərlə çıxmışdı. Amma SuperSoft təkərə keçəndən sonra Colion Palmerin arxasında ilişib qalıb və orada çoxlu vaxt itirib.

Censon Batton: “Cümə sərbəst yürüşlərində 8-ci, bu gün isə 9-cu olduq. Buna görə də performansımız yaxşı idi. Amma yenə də düzgün pəncərə seçə bilmədik. Bu ilk dəfə başımıza gəlmir. Son sektorda 4 rəqibimi keçməli oldum. Sonuncusu isə məni çox gec gördü və o ana qədər yarış trayektoriyasında qaldı. Buna görə də döngədə onu əylənərək keçməli oldum. Son döngədə əyləcə gec basıb, döngəyə sürətli girmək çox vacibdir, amma yarış trayektoriyasında deyilsinizsə, bunu edə bilməzsiniz. Önümdəki rəqibimin nə etdiyini bilmirdim. Məyusam və bu səhvlər olmamalıdır. Növbəti dəfə yolumuza Renault çıxdı. Son yarışlarda bu halla çox qarşılaşırıq. Ümid edirəm ki, cəza alarlar”.

Palmer isə Battonun dedikləri ilə razı deyil: “Birinci sessiyada hamı bir-birinə yaxın idi və heç kəs mənə trafikin olduğunu demədi. Cəza almamaq üçün son döngədə trayektoriyanı tərk etməli oldum. Hadisəni araşdırdılar və cəza olmayacağını dedilər. Onu görən kimi yoldan çəkildim. Yanımdan keçəndə trasdan çıxmışdım. Yoldan çəkilmək üçün əlimdən gələni etdim. İnanmıram ki, məni keçmək üçün 0.3 saniyə vaxt itirsin.

Buna görə də ilk sessiyada cəmi bir sürətli dövrə vura bildim. İkinci sessiyada da elə oldu, amma hər ikisi də yaxşı idi. Xoşbəxtəm. Daha yaxşısını edə bilməzdik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 88
Teqlər , , ,
Paylaş

logo