18 Noyabr 2018, Bazar - 06:04

Britaniya-2018: Üçüncü sərbəst yürüşlər

Britaniya-2018: Üçüncü sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

15:05 - 07 İyul, 2018

Bu gün səhər hava əsas sessiyalara proqnozlaşdırılandan sərin olub. Sürücülər müxtəlif miqdarlarda yanacaqla trasa çıxaraq ardıcıl dövrələr vurublar. Komandalar diqqəti yarışa hazırlığa yönəldiblər – Silverstounda sıralanma turu çox da böyük əhəmiyyət daşımır.

F-1.az bildirir ki, 15-ci dəqiqədə Hartlinin maşınının ön asılqanı Wellington düzlüyünün sonunda gözlənilmədən sıradan çıxıb və sürücü qəza edib. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Komanda sıralanma turuna qədər hadisənin təsadüf yoxsa konstruktiv problem nəticəsində olduğunu araşdırmalıdır.

Maşının təxliyəsi yalnız 12 dəqiqə sonra başa çatıb və sessiya davam etdirilib. Hartli məcburi müayinə üçün tibb mərkəzinə göndərilib. Həkimlərə müraciət edən digər sürücü isə Fettel olub – alman sürücü boynundakı ağrılardan şikayət edib və məşqləri vaxtından əvvəl dayandırıb.

Sessiyada başqa bir şey baş verməyib və ən yaxşı dövrəni Lyuis Həmilton vurub – 1:26.722. Bizi Ferrari və Mercedes arasında amansız poul mübarizəsi gözləyir…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:26.72214
27Kimi RəykkönenFerrari1:26.815+ 0:00.09314
377Valtteri BottasMercedes AMG1:27.364+ 0:00.64216
45Sebastyan FettelFerrari1:27.851+ 0:01.1298
533Maks FerstappenRed Bull1:28.012+ 0:01.29021
63Daniel RikkardoRed Bull1:28.018+ 0:01.29615
716Şarl LeklerSauber1:28.146+ 0:01.42417
820Kevin MaqnussenHaas1:28.418+ 0:01.69615
98Roman QrojanHaas1:28.554+ 0:01.83218
109Markus ErikssonSauber1:28.814+ 0:02.09217
1131Esteban OkonForce İndia1:28.917+ 0:02.19514
1211Serxio PeresForce İndia1:29.066+ 0:02.34414
1314Fernando AlonsoMcLaren1:29.070+ 0:02.34816
1427Niko HülkenberqRenault1:29.094+ 0:02.37212
1555Karlos SaynsRenault1:29.133+ 0:02.41114
1618Ləns StrollWilliams1:29.829+ 0:03.10712
1735Sergey SirotkinWilliams1:29.984+ 0:03.26216
182Stoffel VandornMcLaren1:30.004+ 0:03.28216
1910Pyer QasliToro Rosso1:30.050+ 0:03.3284
2028Brendon HartliToro Rosso3

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 113
Teqlər , , , ,
Paylaş

logo