17 Dekabr 2017, Bazar - 12:06

Britaniya-2016: Yarışa hava proqnozu

Britaniya-2016: Yarışa hava proqnozu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:14 - 10 İyul, 2016

Cümə günü sürücülər quru trasda işləmişdilər, dünən səhər yağan yağışdan sonra sıralanma turuna qədər tras yenə də tam qurumuşdu. Bazar gününə isə hava proqnozu dəyişkən hava vəd edir.

F-1.az avtodromun rəsmi səhifəsinə istinadən bildirir ki, hazırda Silverstounda yağış yağır. Amma yarışın startına qədər yağış dayanmalıdır.

Sürücülər yerli vaxtla saat 13:00-da qızdırma dövrəsinə yollanacaqlar, həmin vaxt termometrlər +20 dərəcəni göstərəcəklər, güclü cənub-qərb küləyi əsəcək. Yarışın gedişində 20% ehtimalla yağış yağa bilər.

Xatırladaq ki, keçən il sürücülər sliklərlə start alsalar da, finişə yaxın başlayan yağış üzündən keçid təkərləri taxmışdılar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 183
Teqlər , ,
Paylaş

logo