18 Noyabr 2017, Şənbə - 16:02

BMW Sauber-ə sürət çatmır

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

05:33 - 19 Aprel, 2009

Cümə sərbəst yürüşlərinin nəticələri BMW Sauber komandası üçün ilk həyəcan siqnalı oldu, şənbə günü sıralanma turu isə komandanın həyacanını təsdiq […]

Cümə sərbəst yürüşlərinin nəticələri BMW Sauber komandası üçün ilk həyəcan siqnalı oldu, şənbə günü sıralanma turu isə komandanın həyacanını təsdiq edib – Şanxayda F1.09-a sürət çatmır. Nəticədə Nik Haydfeld ilk onluğun bir addımlığında dayanıb, Robert Kubitsa isə mübarizəni elə birinci sessiyada dayandırıb…

Mario Tayssen: “Xoşagəlməz nəticələrdir. Sərbəst yürüşlərdə topladığımız nəticələr göstərmişdi ki, bu trasda bizim maşın özünü qəribə aparır – hər iki sürücü trasla ilişmənin olmamasından gileylənirdilər. Bu problemi aradan qaldıra bilmədik. Nəticədə Nik və Robert yaxşı dövrə gedə bilmədilər, bu isə onların start mövqeyində əks olunub. Ümidimiz yaxşı strategiyayadır…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 101
Teqlər
Paylaş

logo