24 Noyabr 2017, Cümə - 09:42

BMW də Formula E-yə qatılacaq

BMW də Formula E-yə qatılacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:11 - 04 Aprel, 2017

BMW şirkəti elan edib ki, beşinci mövsümdən, yəni 2018/19-cu illər mövsümündən başlayaraq Formula E seriyasına qatılacaq. FİA şirkətin ərizəsini qəbul edib. Şirkətin yaydığı mətbuat-relizində deyilir ki, BMW Group-un avtoidmanda strategiyası dəyişdiyi üçün belə bir addım atılıb.

Hazırda Almaniyanın avtoistehsalçısı çempionatda Andretti komandasının tərəfdaşı kimi iştirak edir. Bundan başqa, şirkətin hibrid və elektrik maşınları ilə məşğul olan BMW i bölməsi çempionata Təhlükəsizlik Maşını verməklə seriya ilə əməkdaşlıq edir.

Yens Markuardt, BMW Motorsport-un başçısı: “Formula E debüt mövsümündən sonra çox inkişaf edib və hazırda yüksək səviyyəli bir çempionata çevrilib. BMW i lap başlanğıcdan seriya ilə əməkdaşlıq edir və bu idmanda öz izini qoyub. Bizdən sonra digər istehsalçılar da seriyaya maraq göstərməyə başladılar.

Prosesə cəlb olunan bütün şirkətlər Formula E-nin idman və texnologiya tərəfələrində çalışmağa şaddırlar. Beşinci çempionata biz zavod komandası kimi qatılmağı planlaşdırırıq. Bunun üçün biz seriyanın rəsmi istehsalçısı kimi qeydiyyatdan keçməli oduq, biz bunu vaxtında etdik”.

F-1.az xatırladır ki, çempionatda Jaguar, Renault, Citroen və Audi kimi avtoistehsalçılar çıxış edirlər, 5-ci mövsümdən isə Mercedes də seriyaya qatılmağı planlaşdırır. Bir qədər əvvəl isə Honda, Volvo, Ferrari və digər istehsalçılar da seriyaya maraqları olduqlarını açıqlamışdılar…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 080
Teqlər , , ,
Paylaş

logo