Berni Ekklstoun FİA-nın Senatının qərarından razı qalıb – Jan Todt federasiyaya prezident seçilib. Formula1-in kommersiya başçısı Todtun namizədliyini seçkilərə qədər də dəstəkləyirdi, seçkilərdən sonra isə London Times qəzetinin jurnalistlərinə bildirib ki, fransalı mütəxəssis işinin öhdəsindən gələcək…
Berni Ekklstoun: “Formula1 barədə danışsaq, onda Todt düzgün seçimdir. O öz işinin öhdəsindən gələcək. Jan bizim problemləri yaxşı bilir və mən əminəm ki, hər şey yaxşı olacaq.
Todtun Maksa nisbətən daha sakit xarakteri var, məncə, o hamını qane edir, hərçənd, Maksın xidmətlərini unutmaq olmaz, bizə onun enerjisi çatışmayacaq.”