21 Sentyabr 2017, Cümə axşamı - 05:33

B.Ekklstoun: “Səs mən gözlədiyimdən bir az gurdur…”

B.Ekklstoun: “Səs mən gözlədiyimdən bir az gurdur…”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:26 - 28 Mart, 2014

Bu il Berni Ekklstoun mövsümün açılışına Avstraliyaya gəlməmişdi, yarışı isə televiziyadan izləmişdi və yeni maşınların səsindən çox narazı qalmışdı. Malayziya […]

Bu il Berni Ekklstoun mövsümün açılışına Avstraliyaya gəlməmişdi, yarışı isə televiziyadan izləmişdi və yeni maşınların səsindən çox narazı qalmışdı. Malayziya Qran Prisinə Berni təşrif buyurub, birinci dəfə yeni maşınların səsini trasda eşidib və fikrini bir qədər dəyişib…

Berni Ekklstoun: “Məncə, yeni maşınların səsi mən düşündüyümdən bir qədər gurdur. Amma səsi bir qədər də artıqmaq olsaydı, yaxşı olardı… İstənilən halda, mən bu səsi artıracam və onda hər şey qaydasında olacaq. Amma bütün promouterlər narazıdırlar, ona görə də hadisələrin inkişafını gözləmək lazımdır. Hər halda televizorda mən heç nə eşitmirdim.

Amma əsas problem bundadır ki, tribunlara toplaşan azarkeşlər əvvəlki atmosferi hiss edə bilmirlər. Ona görə də səsi artırmaq üçün nəsə etmək lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 85
Teqlər
Paylaş

logo