B.Ekklstoun bir ilə sərvətini iki dəfə artırıb

Sunday Times qəzetinin jurnalistləri Birləşmiş Krallığın ən varlı adamlarının siyahısını dərc ediblər. Bu siyahıda 23-cü yeri Formula1-in kommersiya sahibi Berni […]

Sunday Times qəzetinin jurnalistləri Birləşmiş Krallığın ən varlı adamlarının siyahısını dərc ediblər. Bu siyahıda 23-cü yeri Formula1-in kommersiya sahibi Berni Ekklstoun tutub. Onun sərvəti 2.5 milyard funt sterlinqdir, hərçənd, bir il əvvəl onun hesabında cəmi 1.38 milyard funt var idi.

Sunday Times-ın siyahısında Formula1-in digər simaları da yer alıblar. 1986-cı ildə Lotus-un sükanı arxasında uğursuz mövsün keçirmiş Conni Damfrizin adının qarşısında 110 milyon funt yazılıb, düzdür, bu məbləğin böyük bir hissəsini Conni valideynlərindən vərəsə kimi alıb.

Əddi İrvaynın 80 milyon, Codi Şökterin 60 milyon, Dəvid Riçardsın 58 milyon, Dəvid Kulthard və Lyuis Həmiltonun isə 50 milyon sərvətləri var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*