16 Oktyabr 2018, Çərşənbə axşamı - 05:48

Bəhreyn-2016: Pirelli-dən Medium, Soft və SuperSoft

Bəhreyn-2016: Pirelli-dən Medium, Soft və SuperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:32 - 30 Mart, 2016

Bəhreyndə sıralanma turu və yarış günəş batdıqdan sonra başlayacaq, bu zaman asfalt da tədricən soyumağa başlayır – bu faktor, asfaltın codluğu və komandaların üç təkər tərkibində seçim azadlığı qarşdakı həftəsonu üçün həlledici məqam olacaq…

F-1.az xatırladır ki, builki reqlamentə uyğun olaraq yarışa 14 həftə qalmış Pirelli yarışa gətirəcəyi tərkiblər açıqlayır və komandalar sürücüləri üçün dəst seçimini edərək istehsalçıya bildirirlər. FİA bu dəst seçimini yarışa iki həftə qalmış ictimaiyyətin diqqətinə çatdırır.

Pol Hembri, Pirelli Motorsport-un başçısı: “Builki təkər reqlamentindəki dəyişikliklər pozitiv alınıb, komandalar Avstraliya Qran Prisindən sonra çoxsaylı strategiya variantları əldə ediblər.

Bəhreyndə bizi tam fərqli tras gözləyir, sessiyaların gedişində temperaturun aşağı düşməsi təkərin işinə ciddi təsir edir – bununla da nəzərə alınacaq parametrlərin sayı artır.

Melburnda toplanmış məlumatlardan daha effekiv hansı komandanın istifadə edəcəyini görmək maraqlı olacaq – məhz bu komanda yeni reqlament çərçivəsində üstünlük qazanacaq. Həftəsonuna dəst seçiminə komandalar fərqli yanaşıblar, bu seçimin yarışın nəticəsinə ciddi təsiri olacaq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 361
Teqlər , , , , ,
Paylaş

logo