23 Noyabr 2017, Cümə axşamı - 11:39

B.Britaniya Qran Prisi: Pirelli – Hard və Soft

B.Britaniya Qran Prisi: Pirelli – Hard və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:56 - 05 İyul, 2012

Pirelli şirkəti Silverstoun trasının məxsusiliyindən yararlanmağı qərara alıb: cümə günü gələn mövsüm üçün nəzərdə tutulmuş yeni təkər tərkibləri test oluncaq. […]

Pirelli şirkəti Silverstoun trasının məxsusiliyindən yararlanmağı qərara alıb: cümə günü gələn mövsüm üçün nəzərdə tutulmuş yeni təkər tərkibləri test oluncaq. Mərhələ üçün nəzərdə tutulmuş Hard və Soft tərkibləri ilə yanaşı, komandalara iki dəst yeni Hard təkərləri təqdim olunacaq…

Pol Hembri, Pirelli Motorsport: “Silverstoun əfsanəvi trasdır, hər şeydən əvvəl ona görə ki, sürücülər, maşınlar və təkərlər ən son həddə işləyirlər. Məhz buna görə də cümə günü birinci sərbəst yürüşlərdə biz yeni Hard tərkibini yoxlamağı qərara aldıq. Yeni təkərlərin işçi temperatur diapazonu genişdir və sürücülər onu daha tez qızdıracaqlar.

Çempionatda qüvvələr balansı çox dəyişkəndir, ona görə də bizim başlıca vəzifəmiz komandalardan heç birinə üstünlük verməməyimizdir. Biz istəyirik ki, hər bir maşında təkərlər maksimum effektiv olsun, ona görə də cümə testləri bizim üçün çox vacibdir.

Silverstounda sürət yüksək olur, yerli havanı öncədən söyləmək isə çətindir, ona görə də qarşıdakı yarışda uğur qazanamq birbaşa taktikaya bağlı olacaq.”


B.Britaniya Qran Prisi: Pirelli – Hard və Soft

B.Britaniya Qran Prisi: Pirelli – Hard və Soft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:50 - 16 İyul, 2011

Silverstounun sürətli trası Pirelli təkərləri üçün daha bir sınaq meydanı olacaq, amma təkər ustalarının işi ciddi tənqid olunmur. Pirelli Motorsport-un […]

Silverstounun sürətli trası Pirelli təkərləri üçün daha bir sınaq meydanı olacaq, amma təkər ustalarının işi ciddi tənqid olunmur. Pirelli Motorsport-un başçısı Pol Hembri uik-end ərəfəsində vəziyyəti şərh edib…

Pol Hembri: “Silverstounda yarışlar ənənəvi maraqlı alınır, Britaniya uik-endi isə həmişə nadir atmosferlə müşaiyət olunur, axı bu avtodrmu “Britaniya avtoidmanının evi” adlandırırlar.

Bizim seçdiyimiz tərkiblər komandalara stabillik təmin edəcəklər – Hard tərkibinin resursu və Soft tərkibinin sürəti sayəsində onlar trasın çətin tələblərinin öhdəsindən gələcəklər. Bu cütlüyün optimal istifadəsi strategiyanın hazırlanması üçün əsas olacaq – yumşaq təkərlər qısa və sürətli hissələr, bərk təkərlər isə daha uzun hissələr qət etməyə imkan verəcək.

Hələlik proqnoz söyləmək çətindir, axı biz Silverstounda testlər keçirməmişik, həm də bu trasda istənilən vaxt yağış yağa bilər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 124
Teqlər
Paylaş

logo