22 Noyabr 2017, Çərşənbə - 12:52

Barselona, 22.02.2016

Barselona, 22.02.2016

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

21:09 - 22 Fevral, 2016

Mövsümöncəsi testlərin startından əvvəl bir çox komandalar yeni maşınlarını təqdim ediblər – səhər təqdimatlar üçün ayrılmış bir saatda baş tutan fotosessiyalardan sonra komandalar bokslarına çəkiliblər. Pit-leynin çıxışında yaşıl işıq yanan kimi sürücülər trasa tələsiblər. Bu il komandaları cəmi 8 test günü gözləyir, ona görə də fürsətdən məhsuldar istifadə etmək zərurəti var.

Hərçənd, qış testlərinin starı əvvəlki illərlə müqayisədə sakit keçib. Hibrid güc qurğuları daha etibarlı olublar, reqlament artıq bir neçə ildir stabil qalır – komandalar yeni nəsil maşınları ram ediblər, ona görə də bu gün bir çox komandalar kifayət qədər məsafə qət ediblər.

F-1.az xatırladır ki, gecə yağan yağışdan sonra tras sulu olsa da, komandalar test proqramlarında dəyişiklik etməyiblər. Nahara qədər havanın temperaturu +20 dərəcəni keçib, tras tam quruyub, komandalar isə hazırladıqları yeniliklərin aerodinamik effektliyinin yoxlanmasına keçiblər.

Son iki ilin çempionu olan Mercedes AMG komandası bu gün üçqat dünya çempionu Lyuis Həmiltonla işləyib. Britaniyalı sürücü hələ nahara qədər yarış məsafəsini qət edərək maşının nə dərəcədə etibarlı olmasını nümayiş etdirib. Sazlanmalar və sürət üzərində işi komanda həmişə testlərin sonuna saxlayır. Lyuis axşam bildirib ki, ümumən maşın elə keçənilkinə oxşayır.

Ferrari-ni bu gün trasda dördqat dünya çempionu Sebastyan Fettel təmsil edib. Səhər komanda maşını trasa üzəri müxtəlif ölçü cihazları ilə dolu bir vəziyyətdə buraxıb – yeni aerodinamik elementlərin ətrafındakı hava axının ölçülməsi və stendlərdə alınan nəticələrlə müqayisə edilməsi olduqca vacibdir. Komanda bu il titul uğrunda mübarizə aparmaq əzmindədir, ona görə də əlindən gələn hər bir şeyi edir. Axşam almaniyalı sürücü maşının davranışından razı qaldığını bildirib.

Son iki ilin üçüncüsü olan Williams komandası da analoji proqramla işləyib – Valtteri Bottas da axşam maşından razı qaldığını jurnalistlərlə bölüşüb.

Force İndia komandası inkişaf proqramı üzrə test sürücüsü Alfonso Selisi sükan arxasına otuzdurub – əsas sürücülər isə yeni maşının ilk dövrələrini kənardan izləməli olublar. Red Bull komanda nahara qədər müəyyən problemlərlə üzləşsə də, nahardan sonra Daniel Rikkardo trasda öz proqramını yerinə yetirə bilib. Toro Rosso komandası yeni maşını STR11-i bu gecə trasa çatdıra bilib, maşın hələ heç rənglənməyib. Ona görə də Karlos Saynsın maşınında ötürmələr qutusunda nasazlıqlar üzə çıxıb.

Sauber komandası testlərə keçənilki maşınla qatılan yeganə komanda olub – yeni C35 növbəti həftə başlayacaq testlərə hazır olmalıdır. Əlbəttə, tribunlara toplaşan azarkeşlər həmyerliləri Fernando Alonsonun komandası – McLren Honda-nın çıxışını gözləyirdilər – Censon Batton bu gün yarış məsafəni qət edə bilib. İdman direktoru Erik Bulye axşam etiraf edib ki, hələlik maşından razı olmasa da, gələcəyə nikbinliklə baxır. Maraqlıdır ki, bu gün bütün komandaların maşınlarında yeni motorlar olsa da, yalnız McLaren komandası üçün Honda keçid versiya hazırlayıb – motorun son versiyası gələn həftə Barselonaya gətiriləcək.

Haas komandasının debütü də maraqlı gözlənilib. Səhər Roman Qrojan yeni maşınla 12 dövrə vurduqdan sonra gözlənilmədən ön qanadı itirib. Qırmızı bayraqlar dalğalanıb və marşallar trası qırıntılardan təmizləməli olublar. Roman trasa bir də axşam qayıdıb.

Günün böyük bir hissəsini sürücülər Medium təkərlərlə işləyiblər, axşama yaxın isə Selis, Batton və Verlyayan Soft təkərlərinə keçiblər. Fettelin nahara qədər göstərdiyi nəticə ən yaxşı olubb – 1:24.939, Həmilton isə ən böyük məsafə qət edib. Sabah testlər davam edəcək…

SürücüKomandaZamanFərqDövrə
1. S.FettelFerrari1:24.93969
2. L.HəmiltonMercedes AMG1:25.409+ 0:00.470156
3. D.RikkardoRed Bull1:26.044+ 0:01.10587
4. V.BottasWilliams1:26.091+ 0:01.15280
5. A.SelisForce İndia1:26.298+ 0:01.35958
6. C.BattonMcLaren1:26.735+ 0:01.79684
7. K.SaynsToro Rosso1:27.180+ 0:02.24155
8. M.ErikssonSauber1:27.555+ 0:02.61688
9. P.VerlyaynManor1:28.292+ 0:03.35354
10. R.QrojanHaas1:28.399+ 0:03.46031
11. C.PalmerRenault1:29.356+ 0:04.41737

Son Xəbərlər

İnformasiya

Bölüm Testlər
Mənbə
Baxış Sayı 419
Teqlər , , , , , ,
Paylaş

logo