19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:46

Bakı Şəhər Halqası barədə – Markus Eriksson: “Maraqlı şəhər və unikal tras”

Bakı Şəhər Halqası barədə – Markus Eriksson: “Maraqlı şəhər və unikal tras”

Müəllif: Elçin Zodorov, redaktor

06:04 - 20 İyun, 2017

Bu mövsüm yeddi yarış geridə qalıb və artıq növbə doğma Bakımızın ev sahibliyini edəcəyi Azərbaycan Qran Prisindədir. Yarışa sayılı günlər qalıb. Bəs sürücülər yarışımız və trasımız barədə nə düşünürlər?

F-1.az Sauber komandasının sürücüsü Markus Erikssonun fikirlərini təqdim edir.

Markus Eriksson: “Biz ikinci dəfə Bakıya – bu maraqlı şəhərə gedirik. Bakı Şəhər Halqası maraqlı döngələrlə bir-birinə bağlanmış uzun düzlüklərdən ibarət unikal trasdır. Keçən il asfaltın yüksək temperaturu təkərlərə təsir etmişdi, bu il də oxşar şərait gözləyirəm. Komandamızın məqsədi dəyişməyib – maşının inkişafı üçün çalışmağa davam etmək lazımdır”.


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 15. 031
Teqlər , , ,
Paylaş

logo