19 Oktyabr 2017, Cümə axşamı - 00:02

Bakı Qran Prisinin vaxtı dəqiqləşdirilib

Bakı Qran Prisinin vaxtı dəqiqləşdirilib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

03:55 - 11 İyul, 2015

Bu gün Mexikoda Beynəlxalq Avtomobil Federasiyasının (FİA) Avtoİdman üzrə Ümumdünya Şurasının növbəti iclasında Formula1 üzrə 2016-cı il dünya çempionatının təqviminin ilkin versiyası təsdiq olunub. Gələn il çempionat aprelin 3-də Melburnda start alacaq və 21 mərhələdən ibarət olacaq…

Xatırladaq ki, 3 ay əvvəl Britaniya mətbuatında dərc olunmuş versiya ilə eyni olan rəsmi ilkin versiya arasında heç bir fərq yoxdur və ölkəmizdə keçiriləcək ilk Avropa Qran Prisi gələn il iyulun 17-nə planlaşdırılıb. “Formula1 Azərbaycanda” saytı (www.F-1.az) bir daha nəzərinizə çatdırır ki, Formula1 təqviminin son versiyası bu ilin sonunda təsdiq olunacaq və cari versiyaya düzəlişlərin edilməsi istisna olunmur.

Bakıda keçiriləcək Avropa Qran Prisinin promouteri olan Baku Grand Prix MMC-nin başçısı Arif Rəhimovun bildirdiyinə görə, məhz təqvimin son versiyası təsdiq olunandan sonra yarışa biletlərin satışına başlanacaq…

Formula1 üzrə 67-ci Dünya Çempionatının (2016-cı il) təqviminin ilkin versiyası:

03 aprel – Avstraliya Qran Prisi (Melburn, Albert Park trası)
10 aprel – Çin Qran Prisi (Şanxay, Şanxay trası)
24 aprel – Bəhreyn Qran Prisi (Saxir, Saxir trası)
01 may – Rusiya Qran Prisi (Soçi, Soçi trası)
15 may – İspaniya Qran Prisi (Barselona, Katalunya trası)
29 may – Monako Qran Prisi (Monte Karlo, şəhər küçələri)
12 iyun – Kanada Qran Prisi (Monreal, Jil Vilnöv adına tras)
26 iyun – Böyük Britaniya Qran Prisi (Silverstoun, Silverstoun trası)
03 iyul – Avstriya Qran Prisi (Şpilberq, Red Bull Rinq trası)
17 iyul – Avropa Qran Prisi (Bakı, şəhər küçələri)
31 iyul – Almaniya Qran Prisi (Hokkenhaym, Hokkenhaym Rinq trası)
07 avqust – Macarıstan Qran Prisi (Budapeşt, Hunqarorinq trası)
28 avqust – Belçika Qran Prisi (Spa, Spa trası)
04 sentyabr – İtaliya Qran Prisi (Monsa, Milli Avtodrom)
18 sentyabr – Sinqapur Qran Prisi (Marina Bey, şəhər küçələri)
25 sentyabr – Malayziya Qran Prisi (Kuala Lumpur, Sepanq trası)
09 oktyabr – Yaponiya Qran Prisi (Suzuka, Suzuka trası)
23 oktyabr – ABŞ Qran Prisi (Ostin, Amerika trası)
30 oktyabr – Meksika Qran Prisi (Mexiko, Rodriges qardaşları adına tras)
13 noyabr – Braziliya Qran Prisi (San Paulu, İnterlaqos trası)
27 noyabr – Əbu Dabi Qran Prisi (Əbu Dabi, Yas Marina trası)


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 102
Teqlər , , ,
Paylaş

logo