23 Oktyabr 2017, Bazar ertəsi - 17:10

B.Förnli: “Peresin qədri bilinmir”

B.Förnli: “Peresin qədri bilinmir”

Müəllif: Rauf Hacıyev, redaktor

15:05 - 24 Aprel, 2017

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, 13 yarış ardıcıl xal alan Serxio Peresə lazımi dəyəri vermirlər.

F-1.az xatırladır ki, meksikalı sürücü Bəhreyn yarışına 18-ci yerdən başlasa da, mükəmməl taktika və sürüş ilə 7-ci yeri tuta bilmişdi.

Bob Förnli: “Peresin Bəhreyndəki sürüşü bir sözlə mükəmməl idi. Serxio lazımi marağı görmür. Aldığı nəticələr onun necə güclü sürücü olduğunu sübut edir. O mükəmməl sürücüdür və xalın qoxusunu duyanda, vəziyyəti yaxşı dəyərləndirir. Onda Fernando Alonso əzmi var və bu, uğur qazanmağa kömək edir. Sakitliyi və bolidlə davranmasına görə də digərlərindən fərqlənir. Onun kimi sürücümüz olduğu üçün şanslıyıq. Ümid edirəm ki, uzun illər bir yerdə işləyərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 091
Teqlər , , , , ,
Paylaş

logo