20 Noyabr 2017, Bazar ertəsi - 07:56

B.Förnli: “Amerikada zərəri minimuma endirdik”

B.Förnli: “Amerikada zərəri minimuma endirdik”

Müəllif: Rauf Hacıyev, redaktor

19:38 - 27 Oktyabr, 2016

Force İndia komandasının rəhbər köməkçisi Bob Förnli bildirib ki, Amerikada Williams-a qarşı iki xal itirərək zərəri minimuma endiriblər…

F-1.az xatırladır ki, Niko Hülkenberq ilk dövrədə yaşadığı insidentdən sonra mübarizəni vaxtından əvvəl dayandırmışdı. Peres isə Kvyat ilə təmas yaşayaraq, arxa pillələrə düşmüşdü. Amma yarışın sonunda Williams komandasının sürücüsü Felipe Massa 7-ci, Serxio Peres isə 8-ci yeri tutmuşdu.

Bob Förnli: “Onlara qarşı bir neçə xal itirdik və hələ də qabaqdayıq. Son 4 yarışa nəzər salaq: Sinqapur və Ostində Niko startda mübarizəni dayandırdı. Problemlərə baxmayaraq, hələ də buradayıq.

Peres də ilk dövrədə Kvyatla insident yaşadı, amma geridönüş edə bildi. Bolidi yaxşı vəziyyətdə olmasa da, əla yarışdı. Pitlərin hesabına onu 8-ci yerə qaldırmaq əla oldu. Xüsusən də, Battonun önündə olması mükəmməl oldu. Digər tərəfdən isə mükəmməl performansı ilə Alonso köməyimizə gəldi və Felipeni qabaqladı”.

Förnli Meksilada azarkeşlərin dəstəyini gözləyir: “Bəzi sponsorlarımız və qonaqlarımız olacaq. Peresin üstündə təzyiq olacaq. Amma onu Niko dəstəkləyəcək.

Meksika Williams üçün daha əlverişlidir. Amma Peresin Meksikadakı dəstəyini unutmaq olmaz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 138
Teqlər , , ,
Paylaş

logo