24 Sentyabr 2017, Bazar - 09:14

Azərbaycan-2017: Yarış

Azərbaycan-2017: Yarış

Müəllif: Elçin Zodorov, redaktor

19:35 - 25 İyun, 2017

Bakının mərkəzi küçələrindən keçən gözəl trasda yarışmaq yeni maşınlarla daha çətin olub. Həftəsonu ərzində baş tutan heç bir sessiya qəzasız ötüşməyib və demək olar ki, səhv etməyən sürücü olmayıb. Sebastyan Fettel Bakıya çempionatda 12 xallıq fərqlə lider kimi gəlib. İsti hava və asfalt Ferrari-nin lehinə olub – komanda təkərlərlə yaxşı işləyir.

F-1.az xatırladır ki, cümə günü birinci və ikinci sərbəst yürüşlərdə Ferstappen lider olub, şənbə günü baş tutan son məşqlərdə isə Bottas protokollara başçılıq edib. Rikkardonun qəzasından sonra qırmızı bayraqla dayandırılan dramatik sıralanma turunda Həmilton son anda poulun sahibi olub. Bottas ona yarım saniyə uduzsa da, yarışa ön cərgədən başlamağa haqq qazanıb. Startda ikinci cərgəni Ferrari sürücüləri, üçüncü cərgəni isə Fertappenlə Peres zəbt ediblər.

Güc qurğusundakı dəyişikliklərə görə Alonso 40, Vandorn 35, Kanadadakı qəzaya görə isə Sayns üç yer itirmək cəzası alıb. Sıralanma turunda iştirak edə bilməməsinə baxmayaraq, stüardlar tərəfindən yarışa buraxılan Palmer son yerdən start alıb.

Təkərlər yenə də həftəsonunun ən çox danışılan mövzularından olub. Pirelli Azərbaycan Qran Prisinə Medium, Soft və SuperSoft tərkibləri gətirib. Hətta SuperSoft təkərlər də Bakı trası üçün çox sərt olub. Yarışa Qrojan, Eriksson və Vandorn Soft təkərlərlə, yerdə qalan sürücülər isə SuperSoft təkərlərlə başlayıblar.

Startda Həmilton liderliyini qoruyub, Bottas Rəykkönenlə təmasdan sonra təkəri deşildiyindən yavaşımalı olub, Rəykkönen isə beşinci yerə qədər geriləyib. Sayns yerində fırlanıb, lakin yarışa davam edə bilib. 2-ci dövrədən sonra ilk onluq belə olub: Həmilton – Fettel – Peres – Ferstappen – Rəykkönen – Massa – Okon – Stroll – Rikkardo – Hülkenberq.

Bottas yavaş-yavaş boksa gəlib – onun təkərini dəyişiblər. Həmilton Fettellə fərqi 2 saniyəyə qaldırıb və DRS hücumlarından özünü qoruyub. Qrojan üçüncü, Rikkardo və Vandorn 6-cı dövrədə pit-stop ediblər. Palmer 8-ci dövrədə maşını saxlayıb – britaniyalı maşındakı problemlərə görə yarışı dayandırmalı olub. 11-ci dövrədə isə Kvyat elektronik problemlərə görə mübarizəni dayandırıb. Ferstappen Peresə hücumlar edib, lakin motoru sıradan çıxdığı üçün yarış onun üçün başa çatıb. Kvyatın maşınının təxliyə edilməsi üçün Təhlükəsizlik Maşını trasa çıxıb. TM-in arxasında ilk onluq belə olub: Həmilton – Fettel – Peres – Rəykkönen – Massa – Okon – Stroll – Hülkenberq – Maqnussen – Rikkardo.

Restart 16-cı dövrədə verilib – Həmilton liderliyini qoruyub, Massa və Okon Rəykköneni ötüblər. Lakin TM yenidən trasa çıxıb. Start düzlüyündə və trasın müxtəlif yerlərindəki qırıntıları təmizləmək lazım gəlib. Peleton start düzlüyündən yox, pit yolundan keçməli olub. 19-cu dövrədə restart verilib. Bundan bir qədər əvvəl isə Fettel sürətini xeyli azaltmış Həmiltona arxadan çırpılıb. Alman sürücü bir qədər sürətlənib, Lyuisə əl işarələri ilə etirazını bildirib və maşını onun üzərinə sürüb.

Mübarizə yenidən başlayıb. Okonla Peres toqquşublar və komandanın hər iki sürücüsünün maşınları xəsarət alıb. Peres maşını boksa sürüb, Okon isə mübarizəyə davam edib. Rəykkönenin maşınının sağ arxa təkəri deşilib və finlandiyalı da boksa yollanıb. Əvvəl TM 3-cü dəfə trasa çıxıb, bir qədər sonra isə trasda qırıntılar çox olduğundan, yarış qırmızı bayraqlarla dayandırılıb. Sürücülər pit-leynə qayıdıblar. Mexaniklər təkərləri dəyişiblər. Peresin maşınının sınmış asılqanı yenisi ilə əvəzlənib, Rəykkönenin maşını isə təmir olunub. Hər iki sürücü bir dövrə geridən mübarizəni davam etdirib. Lakin bir qədər sonra onlara qayda pozuntusuna görə cərimə verilib. Fasilə 25 dəqiqə davam edib. Yarış Təhlükəsizlik Maşınının arxasında yenidən başlayıb.  TM-in arxasında ilk onluq belə olub: Həmilton – Fettel – Massa – Stroll – Rikkardo – Hülkenberq – Maqnussen – Alonso – Sayns – Qrojan.

TM trası tərk edib və Həmilton bu dəfə də mövqeyini əldən verməyib. Stroll Massanı qabaqlayıb, Rikkardo isə onların hər ikisini ötüb. Hülkenberqin maşını divara toxunub və asılqanı sınıb. Alman sürücü səkkizinci döngədəki təhlükəsizlik zonasında maşını saxlayıb. Arxa amortizatordan şikayət edən Massa üçün də yarış başa çatıb. Okon yeddincilik uğrunda mübarizədə Saynsı qabaqlayıb. 30-cu dövrədən sonra ilk onluq: Həmilton – Fettel – Rikkardo – Stroll – Maqnussen – Alonso – Okon – Sayns – Bottas – Qrojan.

Həmiltonun maşınında boyunaltı yerindən çıxıb. Sürücü bunu düzəltməyə çalışsa da, alınmayıb. Nəticədə pit-leynə yollanıb, problemin aradan qaldırılması britaniyalı üçün vaxt itkisi ilə nəticələnib və liderliyi əldən verib. Fettelə Lyuislə insidentə görə 10 saniyəlik Stop&Go (dayan və get) cəzası verilib. Alman sürücü 34-cü dövrədə cəzasını çəkmək üçün pitə gəlib və trasa Həmiltonun önündə qayıdıb. 34-cü dövrədən sonra ilk onluq belə olub: Rikkardo – Stroll – Maqnussen – Okon – Alonso – Bottas – Fettel – Həmilton – Sayns – Qrojan.

Həmilton və Fettel Alonsonu, Bottas və Okon isə Maqnusseni qabaqlayıblar. 39-cu dövrədə Bottas üçüncü yer uğrunda mübarizədə Okonu geridə qoyub. İki dövrə sonra Peres yarışı dayandırıb. Həmilton və Fettel də Okonu qabaqlayıblar. Bottas ikinci yerdəki Stroll ilə olan 10 saniyədən çox fərqi hər dövrədə azaltmağa başlayıb. 45-ci dövrədən sonra ilk onluq belə olub: Rikkardo – Stroll – Bottas – Fettel – Həmilton – Okon – Maqnussen – Sayns – Alonso – Verlyayn.

Yarışın sonuna 5 dövrə qalmış Rəykkönen də mübarizəni dayandırıb. Bottas kanadalıya xeyli yaxınlaşıb, Həmilton isə Fettelə hücumlar təşkil etməyə başlayıb. Rikkardo finiş xəttini hamıdan tez keçərək Bakıda keçirilən ikinci yarışın qalibi olub. Bottas isə Strollu son metrlərdə üstələməyi bacarıb.

Daniel Rikkardo mövsümdə ilk, karyerasında 5-ci qələbəsini qazanıb. Ləns Stroll Formula1 tarixində debüt mövsümündə podiuma çıxan ən gənc sürücü adını qazanıb. Fernando Alonso komandasına mövsümdə ilk xalları qazandırıb, Paskal Verlyayn da yenidən xal zonasına düşə bilib.

Bakı küçələri uzun müddət müzakirə olunacaq unudulmaz yarışa səhnə olub. Mübarizə 2 həftə sonra Şpilberqdə qaldığı yerdən davam edəcək…

YerNSürücüKomandaZaman/FərqPit
13Daniel RikkardoRed Bull2:03.55.5733
277Valtteri BottasMercedes AMG+ 0:03.9043
318Ləns StrollWilliams+ 0:04.0092
45Sebastyan FettelFerrari+ 0:05.9762
544Lyuis HəmiltonMercedes AMG+ 0:06.1882
631Esteban OkonForce İndia+ 0:30.2983
720Kevin MaqnussenHaas+ 0:41.7532
855Karlos SaynsToro Rosso+ 0:49.4002
914Fernando AlonsoMcLaren+ 0:59.5512
1094Paskal VerlyaynSauber+ 1:29.0933
119Markus ErikssonSauber+ 1:31.7942
122Stoffel VandornMcLaren+ 1:32.1603
138Roman QrojanHaas+ 1 dövrə4
147Kimi RəykkönenFerrari+ 5 dövrə2

 

Sürətli dövrə: Sebastyan Fettel (Scuderia Ferrari) – 1:43.441 (57-ci dövrə, 280.919 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

SürücüKomandaDövrəSəbəb
Serxio PeresForce İndia39mexaniki problem
Felipe MassaWilliams25amortizator
Niko HülkenberqRenault24qəza
Maks FerstappenRed Bull12mexaniki problem
Daniil KvyatToro Rosso9elektronik problem
Colion PalmerRenault7mexaniki problem

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

YerNSürücüÖlkəKomandaXal
15Sebastyan FettelScuderia Ferrari153
244Lyuis HəmiltonMercedes AMG Petronas F1 Team139
377Valtteri BottasMercedes AMG Petronas F1 Team111
43Daniel RikkardoRed Bull Racing92
57Kimi RəykkönenScuderia Ferrari73
633Maks FerstappenRed Bull Racing45
711Serxio PeresSahara Force İndia F1 Team44
831Esteban OkonSahara Force İndia F1 Team35
955Karlos SaynsScuderia Toro Rosso29
1019Felipe MassaWilliams Martini Racing20
1127Niko HülkenberqRenault Sport Formula 1 Team18
1218Ləns StrollWilliams Martini Racing17
1320Kevin MaqnussenHaas F1 Team11
148Roman QrojanHaas F1 Team10
1594Paskal VerlyaynSauber F1 Team5
1626Daniil KvyatScuderia Toro Rosso4
1714Fernando AlonsoMcLaren Honda Formula 1 Team2

 

MÜHƏNDİSLƏR KUBOKU:

YerKomandaMotorXal
1Mercedes AMG Petronas F1 TeamMercedes250
2Scuderia FerrariFerrari226
3Red Bull RacingTAG Heuer137
4Sahara Force İndia F1 TeamMercedes79
5Williams Martini RacingMercedes37
6Scuderia Toro RossoRenault33
7Haas F1 TeamFerrari21
8Renault Sport Formula 1 TeamRenault18
9Sauber F1 TeamFerrari5
10McLaren Honda Formula 1 TeamHonda2

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 12. 052
Teqlər , , , , , , ,
Paylaş

logo