22 Noyabr 2017, Çərşənbə - 16:47

Azərbaycan-2017: Pirelli-dən Medium, Soft və SuperSoft

Azərbaycan-2017: Pirelli-dən Medium, Soft və SuperSoft

Müəllif: Elçin Zodorov, redaktor

12:09 - 20 İyun, 2017

F-1.az xatırladır ki, Pirelli bir il əvvəl olduğu kimi, Bakıya bu dəfə də Medium, Soft və SuperSoft təkərləri gətirəcək. Bu üçlükdən cari mövsümdə iki dəfə – Çində və Bəhreyndə istifadə olunub.

Mario İzola: “Azərbaycan Qran Prisi Monako və Kanada yarışlarından sonra şəhər trasında keçiriləcək ardıcıl üçüncü yarışdır. Asfaltla ilişmə az olacaq, lakin Bakı Şəhər Halqası digər iki trasla oxşar deyil. Burada orta sürət olduqca yüksəkdir və təkərlərə çox güc düşür. Buna görə də keçənilki tərkibləri seçmişik – bir il əvvəl bu tərkiblər Bakıda əla işləmişdilər.

Heç kim keçənilki yarışın Təhlükəsizlik Maşınına ehtiyac olmadan başa çatacağını gözləmirdi. Lakin builki proqnozlar bunun əksini deyir, deməli, komandalar strategiyalarını hazırlayanda bu amili də nəzərə almalıdırlar. Trasda uzun düzlük və çox yavaş döngələr var – optimal balansı tapmaq asan olmayacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 739
Teqlər , , , , , , , ,
Paylaş

logo