13 Dekabr 2017, Çərşənbə - 13:01

Avstriya-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Avstriya-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:11 - 04 İyul, 2017

Avstriya Qran Prisinə çempionatın yeganə təkər təchizatçısı ən yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft tərkiblərini gətyirəcək.

Şirkətin avtomotor bölməsinin – Pirelli Motorsport-un başçısı Mario İzola F-1.az-a bu seçimin səbəblərini açıqlayıb…

Mario İzola: “Bu tip traslar üçün ən yumşaq üçlüyün seçilməsi təbiidir. Əvvəlki illərdə biz trasın sürpriz etməsini görmüşdük. Cümə sərbəst yürüşlərində işlədikdən sonra yarışda bir və ya iki pit-stoplu strategiyanın effektiv olmasını deyə biləcəyik. Buna baxmayaraq, komandaların da taktiki seçimdə müəyyən azadlığı var.

Avstriya trasında həlledici məqam döngələrdə təkərlə işləmək qabiliyyəti deyil, çünki bu trasın uzun düzlüklərində sürətlənmə və əylənmə zamanı təkərlərə əsas yüklənmə köndələn düşür. Təkəri ən az yükləyən sürücü də üstünlük qazanacaq. Amma biz Bakıda olduğu kimi burada da yeni dövrəvi rekord gözləyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 900
Teqlər , , , , , , ,
Paylaş

logo