17 Dekabr 2017, Bazar - 17:51

Avstriya-2016: Texniki analiz

Avstriya-2016: Texniki analiz

Müəllif: Afgan Haji, redaktor

10:30 - 09 İyul, 2016

Avstriya Qran Prisi çeşidli və inqilabi yeniliklərlə yadda qaldı. F-1.az olaraq, sizi həmin yeniliklərin əsas hissəsi ilə tanış edirik.

McLaren

McLaren arxa qanadda inqilabi sayılacaq konstruksiya dəyişikliyinə imza atıb.

Avstriya Qran Prisinə komandanın gətirdiyi arxa qanad dizaynda yeni istiqamətin başlanğıcı hesab edilə bilər.

Baxmayaraq ki, çempionatın iştirakçıları diqqətini 2017-ci ilin bolidinin hazırlanmasına yönəldiblər, bəzi komandalar cari mövsümdəki nəticələrini yaxşılaşdırmağa çalışırlar. McLaren bu tip komandalardandır.

Əsas və əlavə düzlüklər, həmçinin, bərkidilmə pilonu ənənəvi konstruksiyaya malik olduğu halda, yan lövhələrini ənənəvi adlandırmaq olmaz.

Yeni lövhələr çox uzun şaquli kəsiklərə malik idi. Həmin kəsiklər hava kütləsinin səthlər arasında rahat şəkildə hərəkət etməsi üçündür (1). Kəsiklər sərtliyi təmin etmək, həmçinin hava kütləsini yuxarıya istiqamətləndirərək ümumi aerodinamikanı cəmləyən üfiqi qabırğalarla birləşiblər.

McLaren-in yeni yan lövhələri
McLaren-in yeni arxa antiqanadında yan lövhələri

 

Aqressiv dizayn tək asfalta yatma qüvvəsinin artmasını təmin etmək üçün yox, həmçinin ön müqavimətin azaldılmasına xidmət edir (2).

McLaren-in yeni yan lövhələri
McLaren-in yeni arxa antiqanadında yan lövhələri

Köhnə spesifikasiya istiqamətləndirən və optimallaşdıran dəliklərlə bol idi.

Yeni yan lövhələr daha çox 2014-cü ilin McLaren-ində istifadə olunan uzadılmış üfiqi kəsikləri xatırladır (3).

McLaren-in köhnə yan lövhələri
McLaren-in köhnə arxa antiqanadında yan lövhələri

Bu kəsiklər hava kütləsini yuxarı qaldırır və arxa qanadla diffuzorun aerodinamikasını birləşdirərək bolidin stabilliyini artırır.

McLaren-in daha bir yeniliyi əyləc sisteminin hava kanalının giriş sahəsi ilə bağlı idi (4).

McLaren-in əyləc sisteminin hava kanalının giriş sahəsi
McLaren-in əyləc sisteminin hava kanalının giriş sahəsi

Baraban fərqli forma alıb: üfiqi düzlüyün ətrafında olan kiçik diametrli əraziyə keçidi görmək olar (köhnə versiyada yoxdur).

Üfiqi element və təkərin yan hissəsi arasında daha çox hava kütləsinin hərəkətinə imkan verir. Bu isə öz növbəsində təkərin diski və əyləc arasında temperaturun tənzimlənməsinə müsbət təsir göstərir.

Bundan başqa üfiqi giriş dəliyi, havaya baraban daxilində kütlələrlə qarışaraq düzlüklər arasında hərəkət etməyə imkan verir.

 

Force İndia

Komandanın mühəndisləri Red Bull Rinq üçün komanda əsas düzlüyünün aerodinamik profilinin  neytral bölmələrin calaq hissəsində Y250 qasırğasına nəzarət etmək üçün ön qanadın konstruksiyasına dəyişiklik etmişdilər (5).

Force İndia-nın yeni ön qanadı
Force İndia-nın yeni ön qanadı

 

Toro Rosso və Renault

Əyləcin optimal iş rejimini təmin etmək üçün və istilik dərəcəsini optimal saxlamaq üçün hər iki komanda elastik materialdan hazırlanmış qızdırıcılardan istifadə edirdi (6 və 7).

Renault-un yeni əyləc qızdırıcıları
Renault-un yeni əyləc qızdırıcıları

 

Toro Rosso-da qızdırıcıları barabanın üzərinə yerləşdirmişdilər. Tam dəqiqliyi ilə diskin üzərinə yerləşdirmişdilər. Bu elastik təbəqə öncədən lazımi temperatura çatdırılır və sonradan lazım olan komponentlərə istiliyi ötürür.

Toro Rosso-nun yeni əyləc qızdırıcıları
Toro Rosso-nun yeni əyləc qızdırıcıları

 

Red Bull

Red Bull komandası öz ev Qran Prisi üçün modul tipli əyləcin giriş kanalından istifadə edirdi.

Bu qərarın sayəsində komanda konstruksiyaya istədiyi dəyişikliyi edə bilər. Şəkildə görünən tıxac (8) həftəsonu ərzində tras ərazisindəcə 3D printer vasitəsi ilə hazırlanır. Komanda, hər bir trekin tələbatına uyğun olaraq soyutma sisteminə operativ müdaxilə edə bilir.

Red Bull-un yeni əyləcin giriş kanalı
Red Bull-un əyləcin yeni giriş kanalı

 

Bu faktor böyük önəm daşıyır, xüsusən də əgər dəyişikliklər sıralanma və yarış arası edilirsə.

Müqayisə üçün – şəkildə (9) hava kanalının yuxarı hissəsindəki bərkidilmə üçün xüsusi lenti görmək olar.

Red Bull-un yeni əyləcin giriş kanalı
Red Bull-un əyləcin yeni giriş kanalı

 

Həmçinin, asılqanların arxa hissəsindəki qanadcıqlara diqqət edin. Məhz bu qanadcıqlar hava kanalına daxil olmayan hava kütləsinə nüfuz edərək, təkərin hərəkəti zamanı yaranan burulğana təsir göstərir.

 

Mercedes AMG

Mercedes AMG komandası Avstriyada asılqanları bir qədər gücləndirmişdi. Şəkildə gördüyünüz ağ oxlar (10) məhz həmin əraziləri göstərir.

Mercedes-in gücləndirilmiş asılqanları
Mercedes-in gücləndirilmiş asılqanları

Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə Giorgio Piola, Matt Somerfield
Baxış Sayı 441
Teqlər , , , , , , , ,
Paylaş

logo