25 Sentyabr 2018, Çərşənbə axşamı - 09:10

Audi yenidən Formula1-ə qayıtmaqla maraqlanır?

Audi yenidən Formula1-ə qayıtmaqla maraqlanır?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

06:08 - 31 Mart, 2017

Formula1-də 2014-cü ildə turbo mühərriklərin peyda olması bu mürəkkəb texnologiyaların çox baha və səssiz olması barədə tənqidlərin artmasına səbəb olmuşdu. Çempionatın yeni sahibi Liberty Media şirkəti artıq bir neçə dəfə bəyan edib ki, Formula1 gələcəkdə başqa mühərriklərə keçə bilər və bu istiqamətdə ilk addımlarını atıb. Bu gün Parisdə motorçuların toplantısı baş tutacaq – əsas müzakirə mövzusu isə 2020-ci ildən sonra güc qurğularının texniki reqalmenti olacaq.

Almaniyanın Spox qəzetinin əldə etdiyi məlumata görə, toplantıda çempionatda təmsil olunan Mercedes, Ferrari, Honda və Renault motorçuları ilə yanaşı digər şirkətlərin də nümayəndələri iştirak edəcəklər. Qəzetin yazdığına görə, bir neçə Yaponiya şirkəti ilə birlikdə Audi şirkəti də çempionata qayıtmaqda maraqlıdır.

Audi-nin Formula1-də debüt etməsi barədə söz-söhbət çoxdan gəzirdi, amma ABŞ-da Volkswagen ətrafında yaranan “dizel qalmaqalı” konserni bu planlardan əl çəkməyə məcbur etdi. İstisna deyil ki, bugünkü toplantıya qatılması şirkətin 2020-ci ildən sonra Formula1-ə gəlişi istiqamətində atılmış ilk addımdır.

F-1.az bildirir ki, Mercedes Motorsport-un başçısı Toto Volff Motorsport-Total dərgisinə toplantı barədə məlumat verib: “Cümə günü Parisdə baş tutacaq toplantının məqsədi motor istehsalçıların avtoidmanın gələcəyi barədə fikirlərini öyrənməkdir. Bu barədə bizim öz fikrimiz var, amma indi mən bu fikri səsləndirməyəcəm. Biz cari reqlament çərçivəsində nəyi düzgün, nəyi səhv etdiyimizi başa düşüb, düzgün nəticələr çıxartmalıyıq. Yekunda isə biz maraqlı məhsul hazırlamalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 383
Teqlər , , , , ,
Paylaş

logo