22 Noyabr 2017, Çərşənbə - 20:43

Araqon Qran Prisi: M.Markesdən mövsümdə 4-cü qələbə

Araqon Qran Prisi: M.Markesdən mövsümdə 4-cü qələbə

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:13 - 25 Sentyabr, 2016

Yarışın debütündə səhvə yol verərək beşinci yerə düşən Mark Markes növbə ilə əsas rəqiblərini keçərək finiş xəttini birinci keçib – ispaniyalı sürücü titula doğru vacib addım atıb. Yamaha-nın sürücüləri Xorxe Lorenso və Valentino Rossi podiumda Marka aşağıdan yuxarı baxmalı olublar.

F-1.az bildirir ki, mövsümdə 4-cü və karyerasında 28-ci qələbə mövsümün ldieri üçün heç də asan olmayıb. Pouldan start alan sürücü Honda-sına nəzarəti itirdiyi üçün yarışın əvvəlində 5-ci yerə kimi geriləməli olub.

Liderliyi isə əvvəlcə Maverik Vinyales ələ keçirib, Suzuki-nin sürücüsü hətta rəqiblərindən uzaqlaşa da bilib. Amma sonra diqqət mərkəzinə Rossi gəlib. Doktor əvvəlcə birinci döngədə Yamaha-da indiki komanda yoldaşı Lorensonu, daha sonra isə gələcək komanda yoldaşı Vinyalesi qabaqlayaraq liderliyə yüksəlib.

Markes də dinc dayanmayıb və əvvəlcə Andrea Dovitsiozonu üstələyərək ilk üçlüyə çatmağa can atıb. Daha sonra ikiqat dünya çempionu rəqiblərini bir-bir keçərək liderliyi özünə qaytarıb. Markes bundan sonra rəqiblərinə heç bir şans verməyib.

Yamaha-nın sürücüləri yarışın sonuna qədər mübarizə aparsalar da, finişə 2 dövrə qalmış Rossinin səhvindən yararlanan Lorenso irəli çıxıb.

Vinyales finiş xəttini 4-cü keçib, ilk altlığı isə Kel Kratçlou və Aleş Esparqaro tamamlayıblar.

YerSürücüKomandaZaman/Fərq
1 Mark MarkesRepsol Honda Team41:57.678
2 Xorxe LorensoMovistar Yamaha MotoGP+ 0:02.740
3 Valentino RossiMovistar Yamaha MotoGP+ 0:05.983
4 Maverik VinyalesTeam Suzuki ECSTAR+ 0:08.238
5 Kel KratçlouLCR Honda+ 0:03.221
6 Dani PedrosaRepsol Honda Team+ 0:17.072
7 Aleş EsparqaroTeam Suzuki ECSTAR+ 0:18.522
8 Pol EsparqaroMonster Yamaha Tech 3+ 0:19.432
9 Alvaro BautistaAprilia Racing Team Gresini+ 0:23.071
10 Ştefan BradlAprilia Racing Team Gresini+ 0:27.898
11 Andrea DovitsiozoDucati Team+ 0:32.448
12 Mikele PirroDucati Team+ 0:35.033
13 Hektor BarberaAvintia Racing+ 0:36.224
14 Yucin LavertiPull & Bear Aspar Team+ 0:37.621
15 Niki HeydenEstrella Galicia 0.0 Marc VDS+ 0:40.509
16 Yonni HernandesPull & Bear Aspar Team+ 0:43.906
17 Danilo PetruççiOcto Pramac Yakhnich+ 0:56.740
18 Loris BazAvintia Racing+ 0:59.681
19 Skott ReddinqOcto Pramac Yakhnich+ 1:34.126
Finiş görməyənlər:
 Tito RabatEstrella Galicia 0.0 Marc VDS16 dövrə
 Aleks LoyesMonster Yamaha Tech 30 dövrə

Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 447
Teqlər , , ,
Paylaş

logo