23 Oktyabr 2018, Çərşənbə axşamı - 20:43

Almaniya Qran Prisinin taleyi martdan tez həll olunmayacaq

Almaniya Qran Prisinin taleyi martdan tez həll olunmayacaq

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:22 - 16 Yanvar, 2013

Son bir neçə həftə ərzində Almaniya Qran Prisi barədə mətbuatda bir-birinə zidd məlumatlar yer alıb: guya Nürburqrinqdə qeyri-stabil maliyyə vəziyyəti […]

Son bir neçə həftə ərzində Almaniya Qran Prisi barədə mətbuatda bir-birinə zidd məlumatlar yer alıb: guya Nürburqrinqdə qeyri-stabil maliyyə vəziyyəti üzündən Qran Prinin keçirilməsi sual altında olub, amma almaniyalı promouterlər təkid ediblər ki, yarışa tam hazırdırlar. Güman olunurdu ki, 2013-cü il mövsümünün son təqvim versiyası bu həftə təsdiq olunacaq, amma Nürburqrinqlə danışıqlar uzanıb və Qran Prinin keçirilcəyi yer martdan tez bəlli olmayacaq.

Berni Ekklstoun Amrikanın ESPN telekanalına müsahibəsində bildirib ki, “təqvimdə Almaniya Qran Prisi var, amma bilmirik ki, hansı trasda olacaq, biz bu məsələni yalnız mövsüm başlayanda həll edə bilərik.”

Elə təəssürat yaranır ki, Qran Pri çox güman ki, Nürburqrinqdə baş tutacaq, amma Ekksltoun bu məlumatı təkzib edib: “Xeyr, problem bundadır ki, əvvəllər orda işləyənlərin heç biri indi yoxdur. Kifayət qədər pulları da yoxdur, baxaq görək vəziyyət necə olacaq.

Mən Reuters-ə demişəm ki, Nürburqrinqlə vəziyyətdən çıxış variantlarını müzakirə etmişəm. Mən bilmirəm bu trasa nə olacaq, amma biz məhz bu problemi həll etməyə çalışırıq.”

Berni bir daha təsdiq edib ki, mövsümdə 19 yarış olacaq, çünki Cersi Qran Prisinin təşkilatçıları maliyyə öhdəliklərini vaxtında yerinə yetirə bilməyiblər. Şayiələr gəzirdi ki, şəhər yarışını Türkiyə və ya Avstriya əvəz edəcək, amma Berninin sözlərinə görə, yeganə real variant Fransa olub…

Berni Ekklstoun: “Cersini əvəz etməli olan yarış Fransada keçməli idi, amma mən hesab edirəm ki, bu il biz 19 yarış görəcəyik…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 273
Teqlər , , ,
Paylaş

logo